12px13px15px17px
Tarix:18/12/12

Hesab.az portalında “İDEAL” ödəmə günləri

Hesab.az portalında "İDEAL" parfüm və kosmetika mağazalar şəbəkəsinin "100 ödə - 300 qazan aksiyası" davam edir. Dekabrın 23-nə kimi Azərbaycanın ən böyük onlayn ödəmələr portalında davam edəcək bu aksiya, artıq 32 minə çatan portalın qeydiyyatdan keçən istifadəçiləri arasında keçirilir.

"ICTnews" elektron xəbər xidmətinin Hesab.az-a istinadən verdiyi məlumata görə, cari ayın 3-dən 23-dək portalda mobil və stasionar telefon, kabel TV və internet, kommunal və digər xidmətlər üzrə ən azı 100 AZN məbləğində onlayn ödəmə aparanlar, "İDEAL" mağazalar şəbəkəsində alış-veriş üçün "Visa Classic" kartı alacaqlar. Balansında 300 manat olan bu kart vasitəsi ilə alınacaq malların dəyəri bir neçə ay ərzində faizsiz kredit xətti hesabına hissə-hissə ödənilə bilər.

Kartın istifadə müddəti 3 ildir, komissiya haqqı nəzərdə tutulmayıb. Kredit xəttindən istifadə edildiyi təqdirdə, növbəti təqvim ayından başlayaraq, maksimum 6 aya, hər ayın ilk 10 günü ərzində istifadə edilən məbləğ bərabər hissələrlə ödənilir. 


"100 ödə - 300 qazan aksiyası" aksiyasına qoşulan bütün müştərilərə bonus kimi "İDEAL"-dan 5%-lik "Classik" endirim karti təqdim edilir.

CAHANGİR



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024