12px13px15px17px
Tarix:19/12/12

“Azercell”dən yeni “Limitsiz internet” paketi

Azərbaycanda ən sürətli mobil interneti təqdim edən "Azercell" şirkəti 17 dekabr 2012-ci il tarixindən etibarən bütün abunəçiləri üçün "Limitsiz internet" paketlərini istifadəyə verib.

Artıq "Fakturalı" və "Fakturasız xətt" abunəçiləri "1 saat", "3 saat" və "Həftəsonu" tarif paketlərindən yararlana bilərlər. Adlarından göründüyü kimi, bu tarifləri sifariş etməklə 1 saat, 3 saat, həmçinin şənbə və bazar günləri internetdən limitsiz istifadə etmək mümkündür.

İstənilən "Limitsiz internet" paketini sifariş etmək üçün açar sözünü 2525 qısa nömrəsinə göndərmək lazımdır. Əgər "Həftəsonu" paketi üçün sifariş həftə arası (bazar ertəsi – cümə günləri) göndərilibsə, onda limitsiz trafik həmin həftənin şənbə günü saat 00:00-dan bazar günü saat 23:59:59-a qədər istifadə oluna bilər.

Əgər sorğu şənbə-bazar günlərində göndərilibsə, onda "Limitsiz internet paketi həmin həftənin bazar günü saat 23:59:59-a qədər istifadə edilə bilər. "Həftəsonu" "Limitsiz internet" paketinin qiyməti 2.4 AZN təşkil edir. "1 saat" paketinin qiyməti 0.4 AZN, "3 saat" isə 1 AZN-dir. "Fakturasız xətt" abunəçilərinin qiymətinə ƏDV daxildir.

Təqdim olunan limitsiz tarif paketlərində sürətə məhdudiyyət qoyulmamışdır.

Yalnız "Həftəsonu" limitsiz tarif paketində internetin sürəti 512 kbps müəyyən edilmişdir. "1 saat" və "3 saat" paketlərinin istifadə müddəti sona çatanda, növbəti 15 dəqiqə ərzində İnternetin maksimal sürəti 64 Kbps-ə qədər məhdudlaşdırılır və qeyd edilən 15 dəqiqə ərzində yaranan trafikə görə ödəniş tutulmur. Abunəçilərin nömrəsində eyni zamanda "1 saat" və ya "3 saat" tarif paketlərindən yalnız biri mövcud ola bilər.

RƏVAN



Baxış sayı: 7004

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024