12px13px15px17px
Tarix:20/12/12

Horadiz stansiyasının sərnişin vağzalı müasir texnologiya ilə təchiz olunub

Dəmir yolunun Horadiz stansiyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən sərnişin vağzalı binasında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeni texnologiyalar tətbiq edilib. Qatarlarda boş olan yerlər barədə sərnişinlərə mütəmadi məlumat verilməsi üçün müasir monitor quraşdırılıb.

Monobloklu, sensorlu monitor vasitəsilə sərnişinlər günün istənilən vaxtında veb serverdəki onlayn bilet satışı bölməsinə daxil olaraq, qatarların hərəkət cədvəli və digər zəruri məlumatları əldə edə bilərlər.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin məlumatında deyilir. Horadiz sərnişin stansiyasında bilet satışı texnologiyası da təkmilləşdirilib. Stansiyada bilet satışı avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub.

Məlumat üçün bildirək ki, artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.

CAHANGİR



Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024