12px13px15px17px
Tarix:20/12/12

Lənkəran sahibkarlarına elektron xidmətlərin üstünlükləri ilə bağlı təlim keçirilib

İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə adıçəkilən şəhərdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər üçün "Korporativ idarəetmə" mövzusunda treninq keçirilib.

Bu barədə İİN-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə iştirakçılara Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə ətraflı bilgilər öyrədilib.

Treninq çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "www.icazeler.gov.az", "www.b2b.az" elektron portalları və onlardan istifadə qaydaları, bu portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

SEYMUR



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024