12px13px15px17px
Tarix:27/07/11

Sosial internet ideyaları reallaşdırılır

Azərbaycanda sosial internet ideyalarının reallaşmasına dəstək verən sayca ikinci “Sosial Yeniliklər Düşərgəsi” baş tutub. Düşərgənin ilk günündə seçilmiş ideya sahibləri və iştirakçılar bir yerə toplaşıb. Layihənin meneceri Emin Hüseynzadə düşərgə haqqında qısaca məlumat verərək, münsifləri təqdim edib. Düşərgənin münsifləri müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, Çexiya, ABŞ) çoxillik təcrübəyə malik mütəxəssislərdən ibarət olub. Daha sonra düşərgədə yarışmaq üçün seçilmiş altı müxtəlif ideya iştirakçılara təqdim olunub. İştirakçılar bu ideyalar ətrafında komandalara bölündülər və gərgin işə start verildi. İdeya müəllifləri bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanlarla bir komandada işləyərək mükafat uğrunda yarışıb.
İkinci gün ərzində ideyalar inkişaf etdirilərək layihə şəklinə salınıb və layihələrin təqdimatı olub. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılaraq, cəmiyyət üçün daha yararlı hesab olunan iki komandanın layihəsi qalib gəlib və onların reallaşması üçün pul mükafatı təqdim olunub. Onlardan biri hər hansı çatışmazlığı və ya problemi olan insanların bu barədə məlumatı yaradılacaq sayta yazaraq digər sayt ziyarətçilərinin dəstəyini qazanması, digəri isə şəhər yollarında olan müxtəlif problemlər barədə insanlara operativ məlumat verilməsini nəzərdə tutur. Qalib gəlmiş ideyalara həmçinin konsaltinq xidməti də göstəriləcək.



Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024