12px13px15px17px
Tarix:22/12/12

Sabirabadda qüsurlu və risk qrupuna aid insanlar üçün pulsuz kompüter kursları fəaliyyətə başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsas fəaliyyəti maarifləndirmə, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiya olunması, qüsurlu və risk qrupuna aid olan ailələrə kömək göstərmək, psixoloji yardım və s.-dən ibarətdir.

Mərkəzdə pulsuz müxtəlif kurslar, o cümlədən rəsm, dil və kompüter kursları fəaliyyət göstərir. Kompüter kurslarına isə maraq daha böyükdür.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə ADUPDK Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi Rauf Qarayev məlumat verib.

Onun sözlərinə görə, kurslar həftədə iki dəfə keçirilir: “Kursları mərkəzin əməkdaşları aparır. İndiyədək 30 nəfərdən artıq aztəminatlı risk qrupuna aid olan ailələrin uşaqları bu xidmətdən bəhrələniblər. Gələcəkdə digər kursların da açılması nəzərdə tutulub”.

HƏQİQƏT



Baxış sayı: 2283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024