12px13px15px17px
Tarix:24/12/12

24 saat fəaliyyət göstərəcək yeni internet radio yaradılır

Azərbaycanda yeni internet radio yaradılır. «RADİO Stm» adlanan internet radio 24 saat fəaliyyət göstərəcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə «RADİO Stm»-in aparıcısı Ləman Ayxan məlumat verib.

Aparıcı bildirib ki, hazırda radionun texniki məsələləri həll olunur və yaxın günlərdə dinləyicilər internet üzərindən də qulaq asa biləcəklər:

«Bizim radio hazırda «Sədərək» ticarət mərkəzində yayımlanır. Lakin biz gördük ki, radiomuza qulaq asanların sayı günü-gündən artır. Eyni zamanda ölkədə internetə daxil olanların sayı da kifayət qədər çoxdur. Bütün bunları nəzərə alaraq internet üzərindən də yayım etməyi qərara almışıq. Çünki Azərbaycanda internetin keyfiyyəti və istifadəçilərə verilən imkanlar beynəlxalq şəbəkənin də üstünlüklərindən yararlanmağa şərait yaradır». «RADİO Stm»də ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən yeniliklərlə bağlı xəbərlərin, musiqinin və mağazalar haqqında reklamların yer alacağını vurğulayan L.Ayxanın sözlərinə görə, verilişlər TM-nin media mərkəzində hazırlanacaq: «Azərbaycanda bir neçə ticarət mərkəzinin radiosu var. Lakin onların heç biri internet üzərindən də yayımlanmır. Bu, ilk iş olacaq».

SEYMUR



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020