12px13px15px17px
Tarix:27/07/11

Sumqayıtda texnoparkın yaradılması istiqamətində iş gedir

Azad Iqtisadi zonaların yaradılması minlərlə yeni iş yerlərinin açılması, müasir texnologiyaların və idarəetmə mədəniyyətinin tətbiqinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Məsələn, iqtisadi cəhətdən son illər sürətli inkişafı ilə dünyanı heyrətləndirən Çində, eləcə də Cənub-Şərqi Asiyanın bir çox ölkələrində Azad Iqtisadi Zonalar üstünlük təşkil edir. Bu ölkələrə yatırılan investisiyaların yarıdan çoxu məhz Azad Iqtisadi Zonaların payına düşür.
Azərbaycanda artıq Sumqayıtda bu istiqamətdə işlər başlayıb. Sumqayıtda yaradılacaq texnoparklar Azərbaycanın həm də kimya sənayesi baxımından önəmini artıracaq. Bundan başqa Xəzər dənizinin sahil zolağının digər hissələrində, Gəncə şəhərində və onun ətrafında xüsusi iqtisadi zonaların yaradılması mümkündür. Burada xarici təcrübənin öyrənilməsi ölkəyə milyardlarla dollar gəlir gətirə bilər. Millət vəkili, iqtisadçı-alim Əli Məsimlinin sözlərinə görə, Dubay modelini daha mükəmməl formada Azərbaycanda tətbiq etmək olar. “Əgər belə olarsa, bizim regionda ümumi çəkimiz artar. Eyni zamanda Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayaraq, təkcə neft ilə yox, qeyri-neft sektoru ilə də əlaqələri möhkəmləndirər”.


itv.az



Baxış sayı: 1060

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024