12px13px15px17px
Tarix:25/12/12

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün distant təhsil imkanları genişləndirilir

Azərbaycanda distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını artırmaq məqsədi ilə həyata keçirilən işlərin nəticələri açıqlanıb. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov deyib ki, bu istiqamətdə "Elektron Təlimləndirən Sistemlər" adlı layihənin icrasına başlanılıb.

Onun sözlərinə görə, layihə çərçivəsində 60 şagird və 10 müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilib. Bundan əlavə, 60 şagirdin evinə İnternet xətti çəkilib, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə 20 nömrəli məktəbdə Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəzin otaqlarında yüksəksürətli fiber-optik internet bağlantısı quraşdırılıb.

Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün "www.mesafedenmekteb.edu.az" portalı yaradılıb. Yeni layihəyə cəlb olunanlar kompüter, tədris üçün zəruri aksesuarlar, o cümlədən qrafik planşet və eyni zamanda qüsuru olanlar, əli ilə kompüterdən istifadə edə bilməyənlər "Traxus Roller Plus Joystick" avadanlıqları ilə təchiz olunur.

RƏVAN



Baxış sayı: 1438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024