12px13px15px17px
Tarix:25/12/12

“Azercell” yeni ekspres ofisini istifadəyə verdi

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə regionlarda "Azercell Ekspres" ofislərinin sayını artırmaqdadır. Şirkət Qusarda AzEx ofisini istifadəyə verdi.

Qusar şəhəri M.Əbilov küç 28 ünvanında yerləşən "AzEx" ofisi də "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər "Azercell Ekspres" ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Açılış zamanı şirkətin prezidenti Kiril Qaburiç öz çıxışında "Azercell" şirkətinin tək Azərbaycanda deyil, bütün regionlarda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkət olduğunu bildirdi. Şirkətin prezidenti bu ilin sonuna qədər Bakıda və regionlarda "Azercell Ekspres" ofislərinin sayını artırmaq niyyətində olduğunu qeyd etdi.

Qeyd edək ki, "Azercell"in hazırda Bakıda 18, regionlarda isə 26 Ekspres Ofisi fəaliyyət göstərir.



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024