12px13px15px17px
Tarix:25/12/12

“Ailə NET” öz fiber-optik şəbəkəsini genişləndirir

"SKAY MAKS" MMC (Ailə NET brendinin sahibi) 2011-ci ilin may ayından "Ailə NET" brendi altında internet provayder xidmətləri göstərir. Azərbaycanda ilk dəfə, məhz "Ailə TV" abonentləri genişzolaqlı fiber-optik texnologiya əsasında internetə çıxış əldə ediblər.

Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarını daxil edən şirkət, qısa vaxt ərzində, bu ərazilərdə öz şəbəkəsini qurub. Gəncə şəhərində də fəaliyyət göstərən "Ailə NET" internet provayderi, burada da öz əhatə dairəsini genişləndirərək, genişzolaqlı internet xidməti göstərir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Ailə TV"-nin Mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, əhatə dairəsini genişləndirən "Ailə NET", abunəçilərə güzəştli tariflər də təqdim edir.

Belə ki, 2 Mbit\s sürətə malik internet "Ailə TV" abunəçiləri üçün, sadəcə, 9 AZN təşkil edir. Azərbaycanda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən "Ailə NET", 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber-optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub.

Bundan başqa, bu sahədə ən son texnologiyaların tətbiqi və göstərilən xidmət səviyyəsinin yüksəldilməsi "Ailə TV" şəbəkəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

HƏQİQƏT



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024