Tarix:25/12/12
"Aztelekom" İB-nin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunun, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarətin, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsinin, icranın tam başa çatdırılmasının, göstərilmiş xidmətlərin haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsi üçün vahid bir kompleksdə işləyən bir sistem yaradılıb.
Vətəndaşlardan sifarişlərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi vasitəsi ilə təşkil olunur. Sabit telefon şəbəkəsi vasitəsi ilə hər hansı xidmət haqda respublikanın istənilən bölgəsindən sifariş verildikdə sistem həmin sifarişi qəbul edərək mərkəzləşdirilmiş bazaya daxil edir.
Mobil telefon şəbəkəsindən sms (mesaj) vasitəsi ilə sifariş verilməsi üçün vətəndaş mətnində nasaz telefon nömrəsini, qeydini (irad və təklifini), adı və soyadını yazmaqla əvvəlcədən müəyyən edilmiş prefiksə sms göndərir. Göndərilmiş sms yaradılmış proqram təminatı vasitəsi ilə təhlil olunaraq avtomatik olaraq sistemin mərkəzləşdirilmiş bazasına işlənir (hal-hazırda mobil telefon şəbəkəsindən sms vasitəsi ilə sifarişlərin göndərilməsinin istismara verilməsi işləri son mərhələdədir).
Qəbul edilmiş sifarişlər yaradılmış proqram təminatı vasitəsi ilə əvvəllər istifadə edilən "nəzarət vərəqəsi"nə uyğun olaraq təsdiqlənmiş müvafiq formada bütün TKQ-lərdə müvafiq əməkdaşların kompüterində (yalnız hər müəssisə üzrə özlərinə aid olanlar) monitora avtomatik olaraq onlayn rejimdə ötürülür. Daxil olan sifarişçilərin yoxlanması, icra üçün xətt və ya stansiya xidmətlərindən birinə ötürülməsi, nəzarətdə saxlanması və zədələnmə növünü şifrələrlə qeyd etməklə tam icrasının təmin edilməsi proqram təminatı vasitəsi ilə həyata keçirilir.
Yaradılmış proqram təminatı vasitəsi ilə "abunəçi kartotekası" tam elektronlaşıb. Yaradılmış elektron abunəçi kartotekaları abunəçiyə aid məlumatların və telefon nömrələrinin texniki göstəricilərinin, həmçinin telefon nömrələrində baş vermiş nasazlıqların tam uçotunun aparılması və arxivləşdirilməsinin, statistik məlumatların alınmasının həyata keçirilməsinə imkan verir. Abunəçi siqnalizasiyasına çıxan nömrələrin yerli mütəxəssislərin iştirakı və müdaxiləsi olmadan mərkəzdən müstəqil şəkildə götürülməsi və sistemə daxil edilməsi həyata keçirilir. SİNS vasitəsi ilə mərkəzdən hər bir TKQ-də abunəçi sifarişlərin, həmçinin digər vətəndaşların Birliyin bütün xidmət sahələri üzrə təklif və müraciətlərinin qəbul olunmasından tam icra olunmasına qədər proses boyu bütün mərhələlərdə nəzarət, zəruri təhlillərin həyata keçirilməsi və operativ müdaxiləyə imkan yaranır.
"Aztelekom" İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlərin haqqının elektron ödəniş sistemləri ilə yanaşı, birliyin "vahid kart" vasitəsi ilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayır. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha telekommunikasiya qovşaqlarına getmədən, birbaşa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsi ilə çatdıra bilərlər. Yeni sistemin ən vacib üstünlüyü istifadəçilərin rahatlığını təmin etmək, vaxt itkisinin qarşısını almaq, bürokratik əngəllərə birmənalı olaraq son qoymaq, xidmətlərin təşkilində tam şəffaflıq mühiti yaratmaqdır. Eyni zamanda, yeni sistem "kağızsız texnologiya"nın tətbiqi sayəsində rabitə müəssisələrində çalışanların da işlərini nəzərəçarpacaq ölçüdə yüngülləşdirəcək.
Həqiqət İSABALAYEVA
“Aztelekom” “sifarişlərin elektron qəbulu, emalı və nəzarət” sistemini istismara verdi
"Aztelekom" İstehsalat Birliyində növbəti yenilik – "sifarişlərin elektron qəbulu, emalı və nəzarət" sistemi (SİNS) istismara verildi. Yeni sistem ölkə rəhbərliyinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi barədə tapşırığının regionlarda icrası kontekstində mühüm əhəmiyyət kəsb edəcək."Aztelekom" İB-nin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunun, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarətin, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsinin, icranın tam başa çatdırılmasının, göstərilmiş xidmətlərin haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsi üçün vahid bir kompleksdə işləyən bir sistem yaradılıb.
Vətəndaşlardan sifarişlərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi vasitəsi ilə təşkil olunur. Sabit telefon şəbəkəsi vasitəsi ilə hər hansı xidmət haqda respublikanın istənilən bölgəsindən sifariş verildikdə sistem həmin sifarişi qəbul edərək mərkəzləşdirilmiş bazaya daxil edir.
Mobil telefon şəbəkəsindən sms (mesaj) vasitəsi ilə sifariş verilməsi üçün vətəndaş mətnində nasaz telefon nömrəsini, qeydini (irad və təklifini), adı və soyadını yazmaqla əvvəlcədən müəyyən edilmiş prefiksə sms göndərir. Göndərilmiş sms yaradılmış proqram təminatı vasitəsi ilə təhlil olunaraq avtomatik olaraq sistemin mərkəzləşdirilmiş bazasına işlənir (hal-hazırda mobil telefon şəbəkəsindən sms vasitəsi ilə sifarişlərin göndərilməsinin istismara verilməsi işləri son mərhələdədir).
Qəbul edilmiş sifarişlər yaradılmış proqram təminatı vasitəsi ilə əvvəllər istifadə edilən "nəzarət vərəqəsi"nə uyğun olaraq təsdiqlənmiş müvafiq formada bütün TKQ-lərdə müvafiq əməkdaşların kompüterində (yalnız hər müəssisə üzrə özlərinə aid olanlar) monitora avtomatik olaraq onlayn rejimdə ötürülür. Daxil olan sifarişçilərin yoxlanması, icra üçün xətt və ya stansiya xidmətlərindən birinə ötürülməsi, nəzarətdə saxlanması və zədələnmə növünü şifrələrlə qeyd etməklə tam icrasının təmin edilməsi proqram təminatı vasitəsi ilə həyata keçirilir.
Yaradılmış proqram təminatı vasitəsi ilə "abunəçi kartotekası" tam elektronlaşıb. Yaradılmış elektron abunəçi kartotekaları abunəçiyə aid məlumatların və telefon nömrələrinin texniki göstəricilərinin, həmçinin telefon nömrələrində baş vermiş nasazlıqların tam uçotunun aparılması və arxivləşdirilməsinin, statistik məlumatların alınmasının həyata keçirilməsinə imkan verir. Abunəçi siqnalizasiyasına çıxan nömrələrin yerli mütəxəssislərin iştirakı və müdaxiləsi olmadan mərkəzdən müstəqil şəkildə götürülməsi və sistemə daxil edilməsi həyata keçirilir. SİNS vasitəsi ilə mərkəzdən hər bir TKQ-də abunəçi sifarişlərin, həmçinin digər vətəndaşların Birliyin bütün xidmət sahələri üzrə təklif və müraciətlərinin qəbul olunmasından tam icra olunmasına qədər proses boyu bütün mərhələlərdə nəzarət, zəruri təhlillərin həyata keçirilməsi və operativ müdaxiləyə imkan yaranır.
"Aztelekom" İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlərin haqqının elektron ödəniş sistemləri ilə yanaşı, birliyin "vahid kart" vasitəsi ilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayır. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha telekommunikasiya qovşaqlarına getmədən, birbaşa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsi ilə çatdıra bilərlər. Yeni sistemin ən vacib üstünlüyü istifadəçilərin rahatlığını təmin etmək, vaxt itkisinin qarşısını almaq, bürokratik əngəllərə birmənalı olaraq son qoymaq, xidmətlərin təşkilində tam şəffaflıq mühiti yaratmaqdır. Eyni zamanda, yeni sistem "kağızsız texnologiya"nın tətbiqi sayəsində rabitə müəssisələrində çalışanların da işlərini nəzərəçarpacaq ölçüdə yüngülləşdirəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1195
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı