Tarix:26/12/12
İkinci problem üzrə isə 12 mövzuya dair 32 elmi-tədqiqat işinin 32 mərhələsi yerinə yetirilib, 9 elmi-tədqiqat işi başa çatdırılıb. Bu barədə institutun direktoru, akademik Telman Əliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclasında məlumat verib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, T.Əliyev institutda aparılan elmi-tədqiqat işlərinin 4 istiqamət - “Sənaye obyektlərinin rentabelliyinin artırılmasına və rəqabətədavamlı məhsul istehsal etməyə imkan verən hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri”, “Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən qəzaların proqnozlaşdırılmasını təmin edən monitorinq texnologiyalarının və sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri”, “İqtisadi və istehsalat proseslərinin riyazi modelləşdirilməsi, identifikasiyası, optimallaşdırılması və idarə olunmasının nəzəri və tətbiqi problemləri” və “İntellektual texnologiyaların və informasiya-telekommunikasiya sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri” üzrə yerinə yetirildiyini söyləyib. İnstitutun cari il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən akademik institutda 22 elmi-tədqiqat işinin aparıldığını qeyd edib.
T.Əliyev institut alimlərinin elmi rəhbərliyi altında 1 doktorluq, 7 fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiə olunduğunu diqqətə çatdırıb. O, həmçinin, hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 353 elmi əsərin də çap olunduğunu nəzərə çatdıraraq bunlardan 4-nün monoqrafiya (3-ü xaricdə), birinin dərs vəsaiti və 182-nin məqalə (99-u xaricdə, bunlardan 23-ü elmi istinad indeksli jurnallarda) olduğunu bildirib:
“2012-ci ildə institut əməkdaşlarının həm ölkə daxilində (12), həm də xarici ölkələrdə (40) konfransların materiallarında 168 elmi əsəri (onlardan xaricdə - 75, 2-si SCİ (o cümlədən 4 tezis), respublikada – 93-ü (o cümlədən 7 tezis) çap olunub”.
HƏQİQƏT
“İnformasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri” ilə bağlı 5 elmi-tədqiqat işi başa çatdırılıb
AMEA Kibernetika İnstitutunda 2012-ci ildə elmi-tədqiqat işləri iki problem – “İnformasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri” və “Riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılıb”. Birinci istiqamət üzrə 7 mövzuya dair 16 elmi-tədqiqat işinin 17 mərhələsi yerinə yetirilib və 5 elmi-tədqiqat işi başa çatdırılıb.İkinci problem üzrə isə 12 mövzuya dair 32 elmi-tədqiqat işinin 32 mərhələsi yerinə yetirilib, 9 elmi-tədqiqat işi başa çatdırılıb. Bu barədə institutun direktoru, akademik Telman Əliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclasında məlumat verib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, T.Əliyev institutda aparılan elmi-tədqiqat işlərinin 4 istiqamət - “Sənaye obyektlərinin rentabelliyinin artırılmasına və rəqabətədavamlı məhsul istehsal etməyə imkan verən hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri”, “Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən qəzaların proqnozlaşdırılmasını təmin edən monitorinq texnologiyalarının və sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri”, “İqtisadi və istehsalat proseslərinin riyazi modelləşdirilməsi, identifikasiyası, optimallaşdırılması və idarə olunmasının nəzəri və tətbiqi problemləri” və “İntellektual texnologiyaların və informasiya-telekommunikasiya sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri” üzrə yerinə yetirildiyini söyləyib. İnstitutun cari il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən akademik institutda 22 elmi-tədqiqat işinin aparıldığını qeyd edib.
T.Əliyev institut alimlərinin elmi rəhbərliyi altında 1 doktorluq, 7 fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiə olunduğunu diqqətə çatdırıb. O, həmçinin, hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 353 elmi əsərin də çap olunduğunu nəzərə çatdıraraq bunlardan 4-nün monoqrafiya (3-ü xaricdə), birinin dərs vəsaiti və 182-nin məqalə (99-u xaricdə, bunlardan 23-ü elmi istinad indeksli jurnallarda) olduğunu bildirib:
“2012-ci ildə institut əməkdaşlarının həm ölkə daxilində (12), həm də xarici ölkələrdə (40) konfransların materiallarında 168 elmi əsəri (onlardan xaricdə - 75, 2-si SCİ (o cümlədən 4 tezis), respublikada – 93-ü (o cümlədən 7 tezis) çap olunub”.
HƏQİQƏT
Baxış sayı: 1756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır