Tarix:26/12/12
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İTİ-də keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclasında məlumat verib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, R.Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətləri üzrə aparılan elmi-tədqiqat işləri ilə yanaşı, institutun elmi-pedaqoji fəaliyyəti, “AzScienceNet” elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia mərkəzi, “www.science.gov.az” portalının və institutun “www.ict.az” saytının fəaliyyətindən də söz açıb. Professor institutun dünyanın 20 ölkəsinin müvafiq qurumları və alimləri ilə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Direktor 2012-ci il ərzində institut əməkdaşlarının beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda 127 məruzə (51 beynəlxalq, 76 respublika səviyyəli tədbirlərdə) ilə çıxış etdiklərini nəzərə çatdırıb. Hesabat ili ərzində əməkdaşların elmi jurnallarda 95 məqaləsinin (bunlardan 52-si xaricdə, 43-ü respublikada) dərc edildiyini nəzərə çatdıran professor 12 məqalənin elmi istinad indeksli jurnallarda nəşr olunduğunu bildirərək bunun mühüm göstərici olduğunu qeyd edib.
İnstitut əməkdaşları tərəfindən 3 kitab və 3 ekspress-informasiyanın hazırlandığını nəzərə çatdıran alim, həmçinin elmi-texniki informasiya təminatı, elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri, elmi-təşkilati işlər və tədbirlər, əldə edilən mühüm elmi nəticələr haqqında geniş məlumat verib.
İnstitutun Tədris İnnovasiya Mərkəzində respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin doktorant və dissertantlarına informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu haqqında da məlumat verən R.Əliquliyev bu il 811 nəfərin imtahan verdiyini söyləyib.
HƏQİQƏT
R.Əliquliyev: “İnformasiya Texnologiyaları İnstitutu dünyanın 20 ölkəsinin müvafiq qurumları və alimlərı ilə əməkdaşlıq edir”
Cari ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) alim və tədqiqatçıları tərəfindən verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələrin analizi, biometrik informasiya texnologiyaları, şəbəkə monitorinqi, sensor və “Ad Hoc” şəbəkələri, linqvistik və coğrafi informasiya texnologiyaları, İKT, audioinformasiya texnologiyaları, süni intellekt və sosioinformasiya texnologiyaları, intellektual informasiya sistemləri, elektron dövlət quruculuğu, elektron elm problemləri, informasiya iqtisadiyyatı, Azərbaycan və virtual məkan, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi-tədqiqat işləri aparılıb.Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İTİ-də keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclasında məlumat verib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, R.Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətləri üzrə aparılan elmi-tədqiqat işləri ilə yanaşı, institutun elmi-pedaqoji fəaliyyəti, “AzScienceNet” elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia mərkəzi, “www.science.gov.az” portalının və institutun “www.ict.az” saytının fəaliyyətindən də söz açıb. Professor institutun dünyanın 20 ölkəsinin müvafiq qurumları və alimləri ilə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Direktor 2012-ci il ərzində institut əməkdaşlarının beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda 127 məruzə (51 beynəlxalq, 76 respublika səviyyəli tədbirlərdə) ilə çıxış etdiklərini nəzərə çatdırıb. Hesabat ili ərzində əməkdaşların elmi jurnallarda 95 məqaləsinin (bunlardan 52-si xaricdə, 43-ü respublikada) dərc edildiyini nəzərə çatdıran professor 12 məqalənin elmi istinad indeksli jurnallarda nəşr olunduğunu bildirərək bunun mühüm göstərici olduğunu qeyd edib.
İnstitut əməkdaşları tərəfindən 3 kitab və 3 ekspress-informasiyanın hazırlandığını nəzərə çatdıran alim, həmçinin elmi-texniki informasiya təminatı, elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri, elmi-təşkilati işlər və tədbirlər, əldə edilən mühüm elmi nəticələr haqqında geniş məlumat verib.
İnstitutun Tədris İnnovasiya Mərkəzində respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin doktorant və dissertantlarına informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu haqqında da məlumat verən R.Əliquliyev bu il 811 nəfərin imtahan verdiyini söyləyib.
HƏQİQƏT
Baxış sayı: 893
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır