Tarix:27/12/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.
Tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dən geniş istifadə edilir. Çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin, daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir.
Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən "www.menbacariram.com" və "www.nobarriers.az" saytları yaradılıb, həmçinin, «Mənim möcüzəli dünyam» adlı albom-kataloq nəşr olunub. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub.
Eyni zamanda əlilliyi olan şairlərin şeirlərindən ibarət «Ümidlər, arzular…» adlı şeirlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotosessiya aparılıb.
Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib. Onu da bildirək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.
HƏQİQƏT
İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə «Konstitusiya» Araşdırmalar Fondu tərəfindən hazırlanan «İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği» layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib."ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.
Tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dən geniş istifadə edilir. Çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin, daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir.
Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən "www.menbacariram.com" və "www.nobarriers.az" saytları yaradılıb, həmçinin, «Mənim möcüzəli dünyam» adlı albom-kataloq nəşr olunub. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub.
Eyni zamanda əlilliyi olan şairlərin şeirlərindən ibarət «Ümidlər, arzular…» adlı şeirlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotosessiya aparılıb.
Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib. Onu da bildirək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.
HƏQİQƏT
Baxış sayı: 1285
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib