Tarix:27/12/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib. İnstitutdan bildirilib ki, bütün bunlar şəbəkənin gün ərzində 24 saat istifadəçilərə yüksək səviyyədə fasiləsiz xidmət etməsinə imkan yaradır:
"Bu imkanlar nəzərə alınaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən "AzScienceNet" elm kompüter şəbəkəsinin serverlərində AMEA-nın institut və təşkilatlarına veb-resurslarının təmənnasız olaraq yerləşdirilməsi və onlara hostinq xidmətlərinin göstərilməsi təklif edilir. Bu xidmətdən istifadə etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi müraciət edilməsi xahiş olunur".
Bununla da "AzScienceNet" Elm Kompüter Şəbəkəsində respublikanın elm və təhsil müəssisələri üçün onlayn videokonfransların, regionlar üçün distant tədris və digər xidmətlərin təşkili, EKŞ-nin serverlərində yerləşdirilmiş saytlarda hostinq xidmətlərinin genişləndirilməsi məqsədilə müştəri portallarının yaradılması, eləcə də AMEA-nın institut və təşkilatlarında beynəlxalq videokonfransların keçirilməsi imkanlarını reallaşdırmaq mümkündür.
Həmçinin AMEA-nın institut və təşkilatlarının veb-saytlarının "AzScienceNet" şəbəkəsində yerləşdirilməsi həmin saytların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan yaradacaq.
Qeyd edək ki, hostinq xidməti veb-səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların institutun serverlərində yerləşdirilməsinə cavab verir.
HƏQİQƏT
İnformasiya Texnologiyaları İnstitutu elmi ictimaiyyət üçün hostinq xidmətləri təklif edir
Son dövrlərdə "AzScienceNet" elm kompüter şəbəkəsinin (EKŞ) infrastrukturunun müasir kompüter avadanlıqları və yeni texnologiyalar əsasında qurulması şəbəkədə yeni xidmət sahələrinin yaradılmasına geniş imkanlar yaradıb. İnternet şəbəkəsinə çıxış sürəti 150 Mb/saniyə olan "AzScienceNet" EKŞ fasiləsiz qida mənbəyi, yanğından mühafizə, kondisioner sistemləri və s. ilə təchiz edilib."ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib. İnstitutdan bildirilib ki, bütün bunlar şəbəkənin gün ərzində 24 saat istifadəçilərə yüksək səviyyədə fasiləsiz xidmət etməsinə imkan yaradır:
"Bu imkanlar nəzərə alınaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən "AzScienceNet" elm kompüter şəbəkəsinin serverlərində AMEA-nın institut və təşkilatlarına veb-resurslarının təmənnasız olaraq yerləşdirilməsi və onlara hostinq xidmətlərinin göstərilməsi təklif edilir. Bu xidmətdən istifadə etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi müraciət edilməsi xahiş olunur".
Bununla da "AzScienceNet" Elm Kompüter Şəbəkəsində respublikanın elm və təhsil müəssisələri üçün onlayn videokonfransların, regionlar üçün distant tədris və digər xidmətlərin təşkili, EKŞ-nin serverlərində yerləşdirilmiş saytlarda hostinq xidmətlərinin genişləndirilməsi məqsədilə müştəri portallarının yaradılması, eləcə də AMEA-nın institut və təşkilatlarında beynəlxalq videokonfransların keçirilməsi imkanlarını reallaşdırmaq mümkündür.
Həmçinin AMEA-nın institut və təşkilatlarının veb-saytlarının "AzScienceNet" şəbəkəsində yerləşdirilməsi həmin saytların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan yaradacaq.
Qeyd edək ki, hostinq xidməti veb-səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların institutun serverlərində yerləşdirilməsinə cavab verir.
HƏQİQƏT
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır