Tarix:28/12/12
Qeyd edək ki, 2011-ci ildə şirkətin qurğunun satışından imtina etməsinə baxmayaraq, lakin noutbuk daha 1 il təhsil müəssisələri üçün əlçatan olub.
Şirkət "MacBook"un əvəzinə 11,6 düymlü "MacBook Air"-i istehsal etməyə başladı. Onun qiyməti daha baha olsa da, lakin daha müasir elektron içliyə və yüngül alüminium korpusa malikdir. Xatırladaq ki, şirkət "MacBook" noutbukunu 2006-cı ildən etibarən istehsal edirdi.
"Amazon Kindle DX" 2012-ci ildə istehsaldan çıxarılmış ikinci qurğudur. İstehsalçı öz qərarı ilə bağlı heç bir şərh vermədi. 2012-ci ilin sonunda "iPad 3" planşet kompüteri öz yerini daha müasir "iPad 4"-ə verdi. Qiyməti əvvəlki kimi saxlanılmış yeni "iPad 4" daha güclü prosessor, həmçinin yeni "Lighting" konnektoru və sairə ilə təchiz edilmişdi. 2012-ci ildə "Apple", həmçinin 17 düymlü "MacBook Pro" modelinin istehsalından imtina etdi.
Hazırda "MacBook Pro" noutbukunun yalnız 13,3 və 15,4 düymlü versiyaları əlçatandır. Geridə qoyduğumuz ildə, həmçinin "Asus Eee PC" netbuklarının istehsalı dayandırıldı. "Asustek" şirkətinin belə qərar qəbul etməsi bu istiqamətdə perspektivin olmaması ilə bağlı olub.
"Mashable" redaksiyası 2012-ci ildə istehsaldan çıxarılmış qurğuların sırasına, həmçinin "Google Nexus Q" mediapleyerini, "Motorola Webtop" smartfonu üçün inteqrasiya edilmiş usta-stansiyayla noutbuk, "iPhone 3GS" "ağıllı" telefonunu, "Logitech Squeezebox" musiqi sistemini və "Dell Venue" "ağıllı" telefonunu daxil edib.
Emil Hüseynov
2012-ci ildə istehsaldan çıxarılmış cihazların onluğu
Digər illərdə olduğu kimi, geridə qoyduğumuz 2012-ci ildə də vaxtilə məşhur olmuş bəzi məhsullar istehsaldan çıxarıldı və bu, bazar tendensiyalarının dəyişməsindən xəbər verir. 2012-ci ildə "Apple" plastik korpusda hazırlanmış 13.3 düymlü "MacBook" noutbukunun daha istehsal edilməyəcəyini elan etdi.Qeyd edək ki, 2011-ci ildə şirkətin qurğunun satışından imtina etməsinə baxmayaraq, lakin noutbuk daha 1 il təhsil müəssisələri üçün əlçatan olub.
Şirkət "MacBook"un əvəzinə 11,6 düymlü "MacBook Air"-i istehsal etməyə başladı. Onun qiyməti daha baha olsa da, lakin daha müasir elektron içliyə və yüngül alüminium korpusa malikdir. Xatırladaq ki, şirkət "MacBook" noutbukunu 2006-cı ildən etibarən istehsal edirdi.
"Amazon Kindle DX" 2012-ci ildə istehsaldan çıxarılmış ikinci qurğudur. İstehsalçı öz qərarı ilə bağlı heç bir şərh vermədi. 2012-ci ilin sonunda "iPad 3" planşet kompüteri öz yerini daha müasir "iPad 4"-ə verdi. Qiyməti əvvəlki kimi saxlanılmış yeni "iPad 4" daha güclü prosessor, həmçinin yeni "Lighting" konnektoru və sairə ilə təchiz edilmişdi. 2012-ci ildə "Apple", həmçinin 17 düymlü "MacBook Pro" modelinin istehsalından imtina etdi.
Hazırda "MacBook Pro" noutbukunun yalnız 13,3 və 15,4 düymlü versiyaları əlçatandır. Geridə qoyduğumuz ildə, həmçinin "Asus Eee PC" netbuklarının istehsalı dayandırıldı. "Asustek" şirkətinin belə qərar qəbul etməsi bu istiqamətdə perspektivin olmaması ilə bağlı olub.
"Mashable" redaksiyası 2012-ci ildə istehsaldan çıxarılmış qurğuların sırasına, həmçinin "Google Nexus Q" mediapleyerini, "Motorola Webtop" smartfonu üçün inteqrasiya edilmiş usta-stansiyayla noutbuk, "iPhone 3GS" "ağıllı" telefonunu, "Logitech Squeezebox" musiqi sistemini və "Dell Venue" "ağıllı" telefonunu daxil edib.
Emil Hüseynov
Baxış sayı: 970
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır