12px13px15px17px
Tarix:28/12/12

Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsi öyrənilir

"Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" çərçivəsində İqtisadi İnkişaf Nazirliyində koreyalı ekspertlərlə görüş keçirilib.

İİN-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə nazirliyin Sahibkarlığın inkişaf siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yanq Vu Kim və Koreya Sənaye Kompleksləri Korporasiyasının (KİCOX) Sənaye Yerləşməsi Tədqiqat İnstitutunun icraçı direktoru Jong On Yoon həyata keçirilən layihənin, parkların yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Koreya arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışıblar.

Görüşdə sənayenin yerləşdirilməsi siyasəti və sənaye parklarının inkişafı, onların yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və digər məsələlər müzakirə edilib.

SEYMUR



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024