Tarix:29/12/12
“Ağıllı saatlar” ilk dəfə olaraq bazarda hələ cari ilin əvvəlində meydana çıxmışdır. Yığcam, daşınan kompüter rolunu oynayan bu saatlar kifayət qədər çoxfunksiyalı və müstəqil qurğular olsa da, onlardan smartfonlar və planşetlər üçün yüksək texnoloji aksessuar kimi istifadə edilməsi nəzərdə tutulmuşdur.
Müxtəlif modifikasiyalı “ağıllı saatlar” son dərəcə populyardır, buna görə də bir çox ekspertlər bir daha bildirirlər ki, müasir mobil qurğular bazarının əsas oyunçusu kimi Apple yeni perspektiv biznesdə iştirak etməkdən çətin ki, imtina etsin. Məlum olduğu kimi, ictimai qaydada maliyyələşdirilən məşhur Kickstarter layihəsi Pebble seriyasından olan yeni modelin istehsalı üçün bir neçə həftəyə 10 milyon dollardan çox pul toplaya bilmişdi ki, bu da smart-saatlara sabit tələbat olması faktını bir daha təsdiq edir.
Bundan başqa, Crave saytının Apple-fanlar arasında keçirdiyi rəy sorğusunun məlumatına görə, yaxın vaxtlarda istifadəçilər şirkətin yeni təklifləri arasında simsiz rabitə (Wİ-Fi, Bluetooth və hətta NFC) kimi funksiyaları, Siri və FaceTime xidmətlərinin dəstəyi olan saatlar görmək istərdilər.
Bir sözlə, Apple şirkətinin gələcək “ağıllı saatları” artıq “iWatch” firma saatlarını geridə qoyacaqdır.
Apple öz smart saatlarını hazırlayır
Hazırda Apple yeni qol saatları hazırlayır. WSJ mobil qurğular üçün hissələr göndərən şirkətlərdəki mənbələrə istinadən xəbər verir ki, Apple şirkəti Intel ilə əməkdaşlıq şəraitində Bluetooth-modulla və 1,5 düyümlük OLED-displeylə təchiz olunmuş qol saatlarının seriya ilə istehsalına hazırlığı başa çatdırır.“Ağıllı saatlar” ilk dəfə olaraq bazarda hələ cari ilin əvvəlində meydana çıxmışdır. Yığcam, daşınan kompüter rolunu oynayan bu saatlar kifayət qədər çoxfunksiyalı və müstəqil qurğular olsa da, onlardan smartfonlar və planşetlər üçün yüksək texnoloji aksessuar kimi istifadə edilməsi nəzərdə tutulmuşdur.
Müxtəlif modifikasiyalı “ağıllı saatlar” son dərəcə populyardır, buna görə də bir çox ekspertlər bir daha bildirirlər ki, müasir mobil qurğular bazarının əsas oyunçusu kimi Apple yeni perspektiv biznesdə iştirak etməkdən çətin ki, imtina etsin. Məlum olduğu kimi, ictimai qaydada maliyyələşdirilən məşhur Kickstarter layihəsi Pebble seriyasından olan yeni modelin istehsalı üçün bir neçə həftəyə 10 milyon dollardan çox pul toplaya bilmişdi ki, bu da smart-saatlara sabit tələbat olması faktını bir daha təsdiq edir.
Bundan başqa, Crave saytının Apple-fanlar arasında keçirdiyi rəy sorğusunun məlumatına görə, yaxın vaxtlarda istifadəçilər şirkətin yeni təklifləri arasında simsiz rabitə (Wİ-Fi, Bluetooth və hətta NFC) kimi funksiyaları, Siri və FaceTime xidmətlərinin dəstəyi olan saatlar görmək istərdilər.
Bir sözlə, Apple şirkətinin gələcək “ağıllı saatları” artıq “iWatch” firma saatlarını geridə qoyacaqdır.
Baxış sayı: 743
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır