Tarix:29/12/12
"VMK"-nin istehsalı olan smartfonların qiyməti 170, planşetlərin qiyməti isə 300 dollardan başlayır. "Biz Afrikada yaşadığımıza görə afrikalılara nə lazım olduğunu yaxşı bilirik. "Apple" ABŞ-da, "Samsung" Asiyada güclü mövqeyə malikdir, "VMK" isə Afrikada əsas istehsalçıya çevrilmək istəyir" – Manku Cənubi Afrika Respublikasında keçirilmiş "Tech4Africa" konfransında bildirib.
Onun sözlərinə görə, hazırda istehsal edilmiş planşet "ARM" prosessor, "Wi-Fi" modulu, 4 Qb daxili yaddaş, 3.5 düymlü ekranla təchiz edilib və "Way-C" ticarət markası altında satılır. Qeyd edək ki, planşetin proqram təminatı yerli dilləri əvvəlcədən dəstəkləyir.
"VMK" şirkəti hazırda Qərbi Afrikanın 10 ölkəsində "ağıllı" telefonun satışlarına start verib və yaxın gələcəkdə öz həllini Belçika, Fransa və Hindistanda yaşayan afrikalılara satacaq.
Emil Hüseynov
Afrika öz “ağıllı” telefon və planşetini istehsal edəcək
Afrika öz "ağıllı" telefon və planşetini istehsal edəcək. Bəli, bu reallıqdır. Konqolu sahibkar Veron Manku bildirib ki, onun şirkətinin istehsal etdiyi qurğular yalnız Afrikada yaradılır və layihələşdirilir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "VMK" şirkəti qurğularını "Google Android" əməliyyat sistemi bazasında istehsal edir."VMK"-nin istehsalı olan smartfonların qiyməti 170, planşetlərin qiyməti isə 300 dollardan başlayır. "Biz Afrikada yaşadığımıza görə afrikalılara nə lazım olduğunu yaxşı bilirik. "Apple" ABŞ-da, "Samsung" Asiyada güclü mövqeyə malikdir, "VMK" isə Afrikada əsas istehsalçıya çevrilmək istəyir" – Manku Cənubi Afrika Respublikasında keçirilmiş "Tech4Africa" konfransında bildirib.
Onun sözlərinə görə, hazırda istehsal edilmiş planşet "ARM" prosessor, "Wi-Fi" modulu, 4 Qb daxili yaddaş, 3.5 düymlü ekranla təchiz edilib və "Way-C" ticarət markası altında satılır. Qeyd edək ki, planşetin proqram təminatı yerli dilləri əvvəlcədən dəstəkləyir.
"VMK" şirkəti hazırda Qərbi Afrikanın 10 ölkəsində "ağıllı" telefonun satışlarına start verib və yaxın gələcəkdə öz həllini Belçika, Fransa və Hindistanda yaşayan afrikalılara satacaq.
Emil Hüseynov
Baxış sayı: 929
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır