Tarix:07/01/13
Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir "stavka"dan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi: "Təhsil Nazirliyi ilə "ULTRA" şirkəti arasında imzalanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanmış və artıq iki ildir ki, tətbiq edilir.
Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir. İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.
İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə Təhsil Nazirliyinin internet saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət sahəsi yaradılıb və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilib. Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində aparılıb, orada imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılıb".
HƏQİQƏT
“Müəllimlərin işə qəbulu” elektron xidməti qəbul zamanı əsassız müdaxilələri aradan qaldırıb
"Müəllimlərin işə qəbulu" elektron xidməti işə qəbulda əsassız müdaxilələri aradan qaldırıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə əlaqədar nazirlikdən bildirilib ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb.Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir "stavka"dan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi: "Təhsil Nazirliyi ilə "ULTRA" şirkəti arasında imzalanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanmış və artıq iki ildir ki, tətbiq edilir.
Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir. İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.
İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə Təhsil Nazirliyinin internet saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət sahəsi yaradılıb və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilib. Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində aparılıb, orada imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılıb".
HƏQİQƏT
Baxış sayı: 1002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır