Tarix:07/01/13
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə "HTC"-in iş fəaliyyəti çox aşağı olub və şirkət maliyyə göstəricilərini yaxşılaşdıra bilməyib. "HTC" şirkəti "Android" bazarında əsasən "Samsung"la rəqabət aparır. Qeyd edək ki, "Samsung" şirkəti 2012-ci ildə "Galaxy S III" "ağıllı" telefonu və "Galaxy Tab" planşetini istehsal etdi və "HTC" onlara heç bir məhsulla cavab verə bilmədi. 2012-ci ilin üçüncü rübündə "HTC" şirkətinin gəliri son 6 il ərzində ən aşağı qiymətə düşmüş, son 2 il ərzində dəyərinin 80 faizdən çoxunu itirmiş səhmlərin qiyməti isə təhlükəli həddə çatmışdı. Ən pisi isə "HTC"-in "ağıllı" telefon bazarında payının 2,2 faizədək düşməsi olub. Bununla belə Çou bildirib ki, "HTC" üçün bu problemlər artıq arxada qalıb və 2013-cü il fərqli olmalıdır. "Bizim rəqiblərimiz çox güclü və çox böyük resurslara malikdirlər və marketinqə xeyli miqdarda pul yatırırlar. "HTC" isə məhsullarının populyarlığı üçün kifayət qədər cəhd etmədi" – o etiraf edib.
Bütün bunlara baxmayaraq, Çou xatırladıb ki, məhz "HTC" "Android" bazarında birinci "oyunçu"lardan biri olub və şirkət "ağıllı" telefon istehsalı sahəsində ən böyük ekspertizalardan birinə malikdir.
Emil Hüseynov
“HTC” 2013-cü ildə əvvəlki vəziyyətini bərpa edəcəyinə ümid edir
İT dünyasında ən böyük sərgilərdən biri sayılan "CES 2013"-ün yaxınlaşması ilə əlaqədar şirkət-istehsalçılar tez-tez cari il üçün öz inkişaf strategiyaları haqqında məlumat verir. "HTC" şirkəti də öz planları haqqında "The Wall Street Journal" nəşri ilə bölüşüb. Şirkətin direktoru Piter Çou 2012-ci ili şirkətin tarixində ən bərbad il adlandırıb və şirkətin 2013-cü ildə daha çox qabaqcıl məhsul təqdim edəcəyinə söz verib."ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə "HTC"-in iş fəaliyyəti çox aşağı olub və şirkət maliyyə göstəricilərini yaxşılaşdıra bilməyib. "HTC" şirkəti "Android" bazarında əsasən "Samsung"la rəqabət aparır. Qeyd edək ki, "Samsung" şirkəti 2012-ci ildə "Galaxy S III" "ağıllı" telefonu və "Galaxy Tab" planşetini istehsal etdi və "HTC" onlara heç bir məhsulla cavab verə bilmədi. 2012-ci ilin üçüncü rübündə "HTC" şirkətinin gəliri son 6 il ərzində ən aşağı qiymətə düşmüş, son 2 il ərzində dəyərinin 80 faizdən çoxunu itirmiş səhmlərin qiyməti isə təhlükəli həddə çatmışdı. Ən pisi isə "HTC"-in "ağıllı" telefon bazarında payının 2,2 faizədək düşməsi olub. Bununla belə Çou bildirib ki, "HTC" üçün bu problemlər artıq arxada qalıb və 2013-cü il fərqli olmalıdır. "Bizim rəqiblərimiz çox güclü və çox böyük resurslara malikdirlər və marketinqə xeyli miqdarda pul yatırırlar. "HTC" isə məhsullarının populyarlığı üçün kifayət qədər cəhd etmədi" – o etiraf edib.
Bütün bunlara baxmayaraq, Çou xatırladıb ki, məhz "HTC" "Android" bazarında birinci "oyunçu"lardan biri olub və şirkət "ağıllı" telefon istehsalı sahəsində ən böyük ekspertizalardan birinə malikdir.
Emil Hüseynov
Baxış sayı: 812
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır