12px13px15px17px
Tarix:08/01/13

Azərbaycanın İT şirkəti Mərkəzi Asiyada “elektron hökumət” sahəsində layihəni başa çatdırdı

Azərbaycanın "SİNAM" şirkəti 2012-ci ildə Dünya Bankının eyniadlı tenderinin qalibi seçildikdən sonra icrasına başladığı "Qırğızıstan hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti sənədlərinin elektron arxivinin yaradılması" layihəsini yekunlaşdırdı.

Layihə Qırğızıstanın Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti üçün Avtomatlaşdırılmış qeydiyyat sisteminin (AQS) yaradılması çərçivəsində son mərhələdir. Layihə çərçivəsində kadastr arxivləri üçün 420 mindən çox qeydiyyat işləri emal prosesindən keçirildi və 3,3 milyon səhifədən çox sənəd (alqı-satqı müqavilələri, bağışlama müqavilələri, qətnamələr və s.) və qeydiyyat işlərinin kadastr planları rəqəmsal formata gətirildi.

Layihə çərçivəsində hər bir rəqəmsallaşdırılmış sənədə daşınmaz əmlak eyniləşdirmə (identifikasiya) kodu verildi. Qırğızıstanın Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentindən bildirdilər ki, layihənin məqsədi ölkədə elektron hökumət texnologiyalarının tətbiqi çərçivəsində vətəndaşların daşınmaz əmlak üzrə ərizələrinin işlənməsi prosesinin sürətləndirilməsindən ibarətdir.

Layihə sorğularının işlənməsi və vətəndaşların ərizələri əsasında tələb olunan arxiv sənədlərinin verilməsi müddətini dəfələrlə azaltmağa imkan verəcək. Azərbaycan İT şirkətinin qeyd olunan layihənin reallaşdırılması prosesinə cəlb edilməsi Azərbaycanın "elektron hökumət" sahəsindəki müsbət təcrübəsini, o cümlədən elektron arxivlərin yaradılması prosesini tətbiq etməyə imkan verdi.

HƏQİQƏT



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024