12px13px15px17px
Tarix:27/07/11

“Facebook” biznes üçün səhifə istifadəyə verib

Hələ ki “Google+” biznes profillərin necə görünəcəyi və işləyəcəyi barədə düşünərkən, “Facebook” sosial şəbəkə ilə biznesin qarşılıqlı əlaqəsinə həsr edilmiş xüsusi layihə istifadəyə verib. Yeni "Facebook for Business" layihəsi haqqında bu gün “Tne Next Web” məlumat yayıb. Layihə səhifəsi müstəqil xidmət deyil, bu, yaxşı struktura malik olan soraq məlumatıdır.
“Facebook for Business” əyani olaraq necə sosial şəbəkə və müəssisə saytını qarşılıqlı birləşdirməyi, reklam kampaniyaları keçirməyi, istifadəçiləri ünsiyyətə və əməkdaşlığa cəlb etməyi göstərir. Görünür ki, “Facebook” “Google+” layihəsini ciddi rəqib kimi qəbul edib. “Google+” şəbəkəsi hazırda bizneslə iş üçün hər hansı funksionala malik deyil, bundan başqa şəbəkə administrasiyası bloq, şirkət və müəssisələrin qeyd etdikləri bütün profilləri silib. Lakin bizneslə iş ehtiyacını dərk edərək, “Google” şirkətlər üçün ilkin qeydiyyat açıb və elə ilk gün 36000 brend toplayıb.


www.ibusiness.ru



Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024