12px13px15px17px
Tarix:10/01/13

Yeni texnologiyaların təhsilə tətbiqi prosesinə hazırlıqlı müəllimlər cəlb olunacaq

Təhsil Nazirliyi 10 yanvar tarixində "1 şagird - 1 kompüter" müsabiqəsini elan edib. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.

Müsabiqə üzrə məlumatlar "www.musabiqe.edu.az" veb-səhifəsində yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər 8 fevral tarixinədək layihə təqdim edə bilərlər. Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq.

Müsabiqə iki mərhələdə keçiriləcək. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir.

Bu format "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır. "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar vermişdir.

Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil. Qeyd etmək lazımdır ki, "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə artıq 2077 netbuk təmənnasız olaraq verilmişdir.

Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin genişzolaqlı simsiz İnternet modemləri və təhlükəsiz İnternet paketi ilə təchiz olunub.

HƏQİQƏT



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024