Tarix:10/01/13
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva bildirib.
O vurğulayır ki, dil millətin formalaşmasında ənənəvi, çox mühüm rol oynayır və geniş mənada kütləvi şüurun özünəməxsus rəmzi hesab edilir. Bu mənada polietnik əhaliyə malik olan dövlətlərdə dil siyasəti olduqca vacib bir rola malikdir. Bu siyasət dil, demoqrafıq və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, eləcə də rəsmi dil və ya dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir:
«İstənilən cəmiyyətdə dilin istifadəsi adətən həmin ölkədəki dil vəziyyəti ilə ölçülür və bu proses müxtəlif dil və ya qeyri-dil (sosial, siyasi, iqtisadi, psixoloji, tarixi, coğrafi və s.) amilləri ilə şərtlənir. Cəmiyyətin şüurlu şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş, dövlətə qədər mümkündür. Lakin polietnik cəmiyyətlərdə dil prosesləri ilə bağlı şərhlər siyasətçilər, sosioloqlar, hüquqşünaslar və dilçilər tərəfindən edilməlidir, çünki səmərəli dil siyasətini müəyyənləşdirmək üçün real dil vəziyyətinin adekvat qiymətləndirilməsi olduqca vacibdir».
G.Paşayeva hesab edir ki, dil siyasətinin ən vacib istiqamətlərindən biri də vətəndaşların rəsmi dildən istifadə etməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, bunun üçün rəsmi dilin öyrənilməsi məqsədilə müvafiq mərkəzlərin yaradılmasına və pulsuz olaraq ölkə vətəndaşlarının biliklərinin artırılmasına diqqət verilməlidir. Eyni zamanda kütləvi informasiya vasitələri, televiziya və radionun imkanlarından istifadə edərək rəsmi dilin öyrənilməsinə dair dərslərin və proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir:
«Rəsmi dilin nüfuzunun artırılması istiqamətində müvafiq iş aparılmalıdır. Ölkənin vətəndaşlarının bu dildə danışması üçün şərait yaradılmalıdır. Eyni zamanda qloballaşan dünyada xarici dillərin öyrənilməsinə də dövlət tərəfindən daim dəstək verilməlidir». G.Paşayeva bildirir ki, bu gün dövlət müstəqilliyimizin ayrılmaz bir atributu olan Azərbaycan dilini, onun tarixi inkişafını, bugünkü rolunu tədqiq etmək olduqca böyük əhəmiyyət kəsb edir:
«Ümumilikdə dil məsələlərinin yetərincə qiymətləndirilməməsi ölkədə daxili stabilliyə, milli maraqların effektiv müdafiəsinə və Azərbaycanın regionda güclənən nüfuzuna ciddi zərbə vura bilər».
SEYMUR
“Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması olduqca aktualdır”
«Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin və keyfiyyətli tədris vəsaitlərinin və lüğətlərin yaradılması olduqca aktualdır».“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva bildirib.
O vurğulayır ki, dil millətin formalaşmasında ənənəvi, çox mühüm rol oynayır və geniş mənada kütləvi şüurun özünəməxsus rəmzi hesab edilir. Bu mənada polietnik əhaliyə malik olan dövlətlərdə dil siyasəti olduqca vacib bir rola malikdir. Bu siyasət dil, demoqrafıq və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, eləcə də rəsmi dil və ya dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir:
«İstənilən cəmiyyətdə dilin istifadəsi adətən həmin ölkədəki dil vəziyyəti ilə ölçülür və bu proses müxtəlif dil və ya qeyri-dil (sosial, siyasi, iqtisadi, psixoloji, tarixi, coğrafi və s.) amilləri ilə şərtlənir. Cəmiyyətin şüurlu şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş, dövlətə qədər mümkündür. Lakin polietnik cəmiyyətlərdə dil prosesləri ilə bağlı şərhlər siyasətçilər, sosioloqlar, hüquqşünaslar və dilçilər tərəfindən edilməlidir, çünki səmərəli dil siyasətini müəyyənləşdirmək üçün real dil vəziyyətinin adekvat qiymətləndirilməsi olduqca vacibdir».
G.Paşayeva hesab edir ki, dil siyasətinin ən vacib istiqamətlərindən biri də vətəndaşların rəsmi dildən istifadə etməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, bunun üçün rəsmi dilin öyrənilməsi məqsədilə müvafiq mərkəzlərin yaradılmasına və pulsuz olaraq ölkə vətəndaşlarının biliklərinin artırılmasına diqqət verilməlidir. Eyni zamanda kütləvi informasiya vasitələri, televiziya və radionun imkanlarından istifadə edərək rəsmi dilin öyrənilməsinə dair dərslərin və proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir:
«Rəsmi dilin nüfuzunun artırılması istiqamətində müvafiq iş aparılmalıdır. Ölkənin vətəndaşlarının bu dildə danışması üçün şərait yaradılmalıdır. Eyni zamanda qloballaşan dünyada xarici dillərin öyrənilməsinə də dövlət tərəfindən daim dəstək verilməlidir». G.Paşayeva bildirir ki, bu gün dövlət müstəqilliyimizin ayrılmaz bir atributu olan Azərbaycan dilini, onun tarixi inkişafını, bugünkü rolunu tədqiq etmək olduqca böyük əhəmiyyət kəsb edir:
«Ümumilikdə dil məsələlərinin yetərincə qiymətləndirilməməsi ölkədə daxili stabilliyə, milli maraqların effektiv müdafiəsinə və Azərbaycanın regionda güclənən nüfuzuna ciddi zərbə vura bilər».
SEYMUR
Baxış sayı: 830
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib