12px13px15px17px
Tarix:10/01/13

“Facebook” şəxsi axtarış mühərrikini yaradır, amma...

"Facebook" sosial şəbəkəsinin səhmlərinin qiyməti 2012-ci ilin iyulundan etibarən ilk dəfə olaraq 30 dollar civarını aşıb. Treyderlərin fikrincə, "Facebook" keçirəcəyi tədbirə dəvətlər göndərməklə bazarı və jurnalistləri maraqlandıra bilmiş və bu, səhmlərin qiymətinin artmasına səbəb olub.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, müstəqil ekspertlərin əksəriyyətinin fikrincə, "Facebook" tədbirdə şəxsi axtarış sistemini təqdim edəcək. "Facebook"un axtarış sistemi yaratması haqqında şayiələr artıq 1 ildir ki dolaşır.

Lakin sosial şəbəkənin direktoru Mark Zukerberq ən azı 2 dəfə açıq şəkildə bəyan edib ki, onun şirkəti "Google" ilə rəqabət aparmağı düşünmür. Zukerberq bildirib ki, onun şirkəti şəxsi axtarış mühərrikini yaratsa belə, o, yalnız sosial şəbəkə daxilində işləyəcək.

Emil Hüseynov



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024