12px13px15px17px
Tarix:11/01/13

İnternet vasitəsilə Azərbaycanın “Gənclər paytaxtı” seçiləcək

Yanvar ayının 31-nə qədər gənclər "www.genclerpaytaxti.az" saytına daxil olaraq səsvermə yolu ilə "Gənclər paytaxtı 2013"-ü seçə biləcəklər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Gənclər və İdman Nazirliyindən bildirilib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur.

"Gənclər Paytaxtı"nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır. Gənclər paytaxtının adı rəsmi olaraq 2 fevral Azərbaycan Gəncləri Günü Gənclər və İdman Nazirliyi tərəfindən elan ediləcək.

Xatırladaq ki, 2012-ci ildə 1 milyon 700 mindən artıq istifadəçinin iştirakı ilə Gəncə şəhəri səsvermə nəticəsində "Gənclər paytaxtı" elan olunmuşdu. 1 il müddətinə seçilən "Gənclər paytaxtı"nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, ideya və təşəbbüslərin reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.

Azərbaycanın "Gənclər paytaxtı"nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Nazirlikdən qeyd edilib ki, bir kompüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.

2013-cü ilin Azərbaycanın "Gənclər paytaxtı"nın səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Səsvermə siyahısında onlar əlifba sırasına görə ardıcıllıqla düzlənib.

HƏQİQƏT



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024