Tarix:11/01/13
Qeyd edək ki, “x86” arxitekturası ilə işləyən server və planşetlər bu hesaba daxil edilməyib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin dördüncü rübündə satış həcmi 95.9 milyon təşkil etmişdi. Analitiklər bildiriblər ki, “Windows 8” əməliyyat sisteminin çıxarılmasına və ənənəvi bayramqabağı satışlara baxmayaraq, FK bazarı zəifləməyə doğru gedir. 2012-ci ilin yekununa görə, fərdi kompüterlərin tədarük həcmi təxminən 352,4 milyon təşkil edib. 2011-ci illə müqayisədə təxminən 3,2 faiz azalma qeydə alınıb.
“IDC”-nin qiymətləndirməsinə görə, “Hewlett-Packard” (HP) şirkəti ən böyük istehsalçıların siyahısında liderlik edir. Şirkət 1 il ərzində 58,1 milyon kompüter satıb və onun bazar payı 17,1-dən 16,5 faizədək azalıb. İkinci yerdə 14,9 faiz bazar payına malik “Lenovo” şirkəti yerləşib.
Çin şirkəti 2012-ci ildə 52,4 milyon masaüstü və noutbuk satıb. “Dell” şirkəti üçüncü mövqedə qərarlaşıb və onun bazar payı 12,2-dən 11,0 faizədək azalıb. Şirkət 38,7 milyon kompüter satıb.
Emil Hüseynov
Fərdi kompüterlərin satış həcmi azalır
“IDC” tədqiqat şirkəti həm 2012-ci ilin dördüncü rübü, həm də bütövlükdə 2012-ci il üzrə fərdi kompüter (FK) bazarındakı qüvvələr nisbətini qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, oktyabr-dekabr ayları ərzində 89,8 milyon masaüstü kompüter, noutbuk və netbuk satılıb.Qeyd edək ki, “x86” arxitekturası ilə işləyən server və planşetlər bu hesaba daxil edilməyib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin dördüncü rübündə satış həcmi 95.9 milyon təşkil etmişdi. Analitiklər bildiriblər ki, “Windows 8” əməliyyat sisteminin çıxarılmasına və ənənəvi bayramqabağı satışlara baxmayaraq, FK bazarı zəifləməyə doğru gedir. 2012-ci ilin yekununa görə, fərdi kompüterlərin tədarük həcmi təxminən 352,4 milyon təşkil edib. 2011-ci illə müqayisədə təxminən 3,2 faiz azalma qeydə alınıb.
“IDC”-nin qiymətləndirməsinə görə, “Hewlett-Packard” (HP) şirkəti ən böyük istehsalçıların siyahısında liderlik edir. Şirkət 1 il ərzində 58,1 milyon kompüter satıb və onun bazar payı 17,1-dən 16,5 faizədək azalıb. İkinci yerdə 14,9 faiz bazar payına malik “Lenovo” şirkəti yerləşib.
Çin şirkəti 2012-ci ildə 52,4 milyon masaüstü və noutbuk satıb. “Dell” şirkəti üçüncü mövqedə qərarlaşıb və onun bazar payı 12,2-dən 11,0 faizədək azalıb. Şirkət 38,7 milyon kompüter satıb.
Emil Hüseynov
Baxış sayı: 885
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır