12px13px15px17px
Tarix:12/01/13

"Wikipedia" təsisçiləri səyahətçilər üçün sayt istifadəyə veriblər

"Wikipedia" onlayn-ensiklopediyasının iş fəaliyyətini dəstəkləyən "Wikimedia Foundation" fondu yeni "Wikivoyage" layihəsini istifadəyə verib. Saytda şəhərlər və ölkələr haqqında soraq məlumatı, danışıq kitabları, marşrutlar və digər materiallar təqdim edilib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Wikipedia"nın təsisçisi Cimmi Uels bildirib ki, "Wikivoyage" açıq ensiklopediyanın inkişaf etdirilməsi uğrunda atılmış mühüm addımdır. Layihənin əsasını "wiki" texnologiyası təşkil edir.

Bu isə o deməkdir ki, oxucular yeni material əlavə və ona düzəlişlər edə bilərlər. "Wikivoyage" layihəsinin rəsmi olaraq yanvarın 15-də istifadəyə verilməsi nəzərdə tutulub.

Emil Hüseynov



Baxış sayı: 1616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024