Tarix:14/01/13
Son illərdə Azərbaycanda futbolun inkişafını dəstəkləyən "Bakcell" şirkəti ötən ildə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" çərçivəsində AFFA ilə yaxından əməkdaşlıq edib. MDB məkanında "Mançester Yunayted" (İngiltərə) klubunun ilk və yeganə tərəfdaşı olan şirkət Azərbaycanda futbolun inkişafına dəstək göstərmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərir.
"Bakcell" şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirmişdir ki, Azərbaycanın futbol azarkeşləri şirkətin futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk.
Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Bakcell Arena" böyük bir brenddir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq. AFFA-nın baş katibi Elxan Məmmədov demişdir:
"AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə "Bakcell" şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin milli tərəfdaşlarından biri olan şirkət çempionatın keçirilməsinə öz dəstəyini göstərmişdi. "Bakcell" stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilk addım atıb. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır".
"Bakcell Arena"nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcəkdir. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanmış və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilmişdir. "Bakcell"in də milli tərəfdaşı olduğu "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin bir çox oyunu burada keçirilmişdi. On bir min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir.
Bakıdakı “8 km stadionu” yerli mobil operatorun şərəfinə adlanacaq
Bakının Nizami rayonu ərazisində yerləşən "8 km stadionu" "Bakcell Arena" adlanacaq. "Bakcell" və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.Son illərdə Azərbaycanda futbolun inkişafını dəstəkləyən "Bakcell" şirkəti ötən ildə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" çərçivəsində AFFA ilə yaxından əməkdaşlıq edib. MDB məkanında "Mançester Yunayted" (İngiltərə) klubunun ilk və yeganə tərəfdaşı olan şirkət Azərbaycanda futbolun inkişafına dəstək göstərmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərir.
"Bakcell" şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirmişdir ki, Azərbaycanın futbol azarkeşləri şirkətin futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk.
Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Bakcell Arena" böyük bir brenddir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq. AFFA-nın baş katibi Elxan Məmmədov demişdir:
"AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə "Bakcell" şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin milli tərəfdaşlarından biri olan şirkət çempionatın keçirilməsinə öz dəstəyini göstərmişdi. "Bakcell" stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilk addım atıb. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır".
"Bakcell Arena"nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcəkdir. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanmış və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilmişdir. "Bakcell"in də milli tərəfdaşı olduğu "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin bir çox oyunu burada keçirilmişdi. On bir min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir.
Baxış sayı: 1833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır