12px13px15px17px
Tarix:14/01/13

Oğruları hansı şirkətin məhsulları daha çox cəlb edir?

Naməlum şəxslər "Microsoft" şirkətinin Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən tədqiqat mərkəzinə soxulublar. Soyğunçular hər üç ofisdən ümumi dəyəri 3 min dollar təşkil edən "iPad" planşet kompüterləri oğurlamış, "Microsoft"-un məhsullarına isə toxunmayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, polisdən verilən məlumata əsasən, bu hadisə 19-26 dekabrda baş verib. Hadisə barədə tətildən sonra iş başına qayıdan "Microsoft"-un əməkdaşları məlumat veriblər.

Qeyd edək ki, 2 ədəd "iPad 2", 1 ədəd "iPad 3" və 1 ədəd "iPad 4" planşet kompüteri oğurlanıb. "Microsoft" şirkətinin ofisində rəqib şirkətin qurğularının olmasında qəribə heç nə yoxdur. Onlar proqram təminatı tərtibatçılarına lazım olur. Yeni il tətillərində, həmçinin Paris şəhərinin mərkəzində yerləşən "Apple Store" mağazasında soyğunçuluq hadisəsi baş verib.

Oğrular yeni il ərəfəsində bayramla əlaqədar daha tez bağlanmış mağazaya girərək təxminən 1 milyon avro həcmində məhsul oğurlayıblar. "Apple" şirkətinin dəblə ayaqlaşan texnikası, həmçinin Nyu-York oğrularının sevimlisidir. Şəhər polisinin məlumatına görə, 2012-ci ildə 11 mindən çox "Apple" qurğusu oğurlanıb. 2012-ci ildə ABŞ-ın ən böyük şəhərində qeydə alınmış fərdi elektronika oğurluqlarının sayı 9 faiz artıb.

Emil Hüseynov



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024