12px13px15px17px
Tarix:14/01/13

“Samsung” 100 milyon ədəd “Galaxy” “ağıllı” telefonu satıb

Cənubi Koreya nəhəngi “Samsung Electronics” şirkəti “Galaxy” ticarət markası altında satılmış “ağıllı” telefonların sayını açıqlayıb. Bu qurğular bazarda 2 il 7 aydır ki mövcuddur və onların satış həcmi 100 milyon təşkil edib. Hər gün təxminən 190 min “Galaxy” “ağıllı” telefonu satılır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Galaxy” xəttinə məxsus ən populyar “ağıllı” telefon “Galaxy S III”-dür. Bu “ağıllı” telefonun relizindən ötən 50 gün ərzində onun 1 milyon nüsxəsi satılmışdı. “Galaxy S II” modelinə gəlincə, onun relizindən ötən 20 ay ərzində satış həcmi 40 milyonu ötmüşdü.

Hazırda “Samsung” şirkəti “ağıllı” telefon bazarında liderlik edir. “Strategy Analytics” şirkətində çalışan analitiklərin proqnozuna əsasən, 2013-cü ildə Asiya korporasiyası 290 milyon “ağıllı” telefon satacaq. Bu, ötən ilin göstəricisindən 35 faiz çoxdur.

Emil Hüseynov



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024