12px13px15px17px
Tarix:14/01/13

Gəncədə ən müasir texnologiyalara cavab verən elm və texnologiyaları bir araya gətirəcək texnopark yaradılacaq

Bu il Gəncədə ən müasir texnologiyalara cavab verən elm və texnologiyaları bir araya gətirəcək texnopark yaradılacaq. Təxminən 10 zavoddan ibarət olacaq texnoparkda, ümumilikdə, 20 min nəfərə yaxın insan daimi işlə təmin ediləcək.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Şəhərdə, eləcə də digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin işini bərpa edəcək texnopark üçün artıq "DETAL" alüminium zavodunun ətrafında 133 hektar ərazi ayrılıb.

Bu, eyni zamanda alüminium və dəmir istehsalı sahəsinin inkişafına da təsir göstərəcək. 2016-cı ilədək tikintisi aparılacaq texnoparkın yaradılmasına 630 milyon manat həcmində investisiya qoyulacaq. İllik istehsal gücü 1 milyon ton olacaq poladəritmə zavodunun, eləcə də digər müəssisələrin inşa ediləcəyi texnoparkın birinci hissəsi bu il istifadəyə veriləcək.

Müasir texnologiyaların tətbiq ediləcəyi texnoparkda ilk dəfə olaraq sənayenin əsas məhsulları olan alüminium və dəmir istehsalı zəncirvari şəkildə xammaldan son məhsula kimi aparılacaqdır.

RƏVAN



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024