12px13px15px17px
Tarix:14/01/13

Simsiz internet operatorun Yeni il kampaniyasının müddəti uzadılıb

"SAZZ 4G İnternet" Yeni il kampaniyasının müddətini yanvarın 19-na qədər uzadıb. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, müştərilərin göstərdikləri böyük maraq və rəğbəti nəzərə alaraq Yeni il endirim kampaniyası çərçivəsində mövcud müştərilərə və abunəçi olmaq istəyənlərə cəlbedici endirimlərin təqdim olunması davam edəcək.

Endirimlər "SAZZ" məhsullarının əksəriyyətini əhatə edir: İkiaylıq abunə haqqını ödəyən bütün yeni abunəçilərə USB fləş modemi hədiyyə olunur. Üçaylıq abunə haqqını birdəfəyə ödəyən yeni müştərilər isə USB modemini hədiyyə qazanmaqla bərabər, "MF10 Wi-Fi" ruterini cəmi 25 manata əldə edə bilərlər. Mövcud müştərilərin isə növbəti aylıq abunə haqqını ödədikdə "MF10 Wi-Fi" ruterini 35 manata almaq imkanları var.

Endirim kampaniyası həmçinin "İX350" və "İX380 WiMAX Wi-Fi" stasionar modemlərini, eləcə də "Wimaxion" simsiz portativ modemi də əhatə edir. Stasionar modemlər 2 aylıq abunə haqqını birdəfəlik ödəyənlərə 20 faiz endirimlə təqdim olunur. Şirkətin bu yaxınlarda satışa çıxardığı "Wimaxion" simsiz portativ modem də güzəştlə satılır.

Bu universal modemi alanlar 1 aylıq pulsuz limitsiz internet əldə edə bilərlər. Paketlər həm yeni, həm də mövcud müştərilər üçün nəzərdə tutulub. Yeni il endirim kampaniyası "SAZZ 4G İnternet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün "SAZZ 4G" satış nöqtələrində keçərlidir. Şirkətin xidmətləri haqqında daha geniş məlumatları "www.sazz.az" saytından, "Facebook" səhifəsindən, 191 nömrəli "qaynar xət"dən, habelə istənilən "SAZZ 4G" satış nöqtəsindən əldə etmək olar.

CAHANGİR



Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024