12px13px15px17px
Tarix:27/07/11

Dünyanın ən bahalı şirkəti

Maliyyə yekunlarına dair rüblük hesabatın açıqlanmasından sonra bir həftə ərzində “Apple” korporasiyasının qiymətli kağızlarının dəyəri 400 ABŞ dolları göstəricisini keçib. Korporasiyanın özü isə kapitallaşmaya görə “Exxon Mobil” kimi nəhəng şirkəti geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub. Bütövlükdə cari ilin əvvəlindən “Apple”-ın səhmlərinin qiyməti 25 faiz artıb. Statistik məlumatlara əsasən, şirkətin ümumi kapitallaşma göstəricisi, son birilyarım ərzində 41 milyard dollar artaraq 374 milyard dollara çatıb.
İyunun 25-də bitmiş maliyyə rübündə “Apple”-ın mənfəəti 7,31 milyard dollar olub ki, bu, bazar proqnozlarına təxminən uyğundur, mənfəət isə ötən ilin həmin dövründə əldə olunmuş 15,7 milyard dollara nisbətən 82 faiz yüksələrək 28,6 milyard dollar təşkil edib. Analitiklər qeyd edir ki, planşet kompyuter bazarında “Apple iPad” indiyədək “Samsung”, “Motorola” və “Research in Motion” kimi rəqibləri xeyli üstələyərək dominant liderdir. Belə ki, hesabat rübündə “Apple” 9,25 milyon “iPad” sata bilib.
Yeni “Mac” kompyuterlərinin də satış həcmində irəliləyiş müşahidə olunub. Belə ki, ABŞ bazarında “Apple” “Acer” və “Toshiba” şirkətlərini geridə qoyaraq satış həcminə görə üçüncü yerə yüksələ bilib. “Mac” kompyuterlərinin satışı ötənilki göstərici ilə müqayisədə 14 faiz artaraq 3,95 milyon ədəd təşkil edib. Bununla yanaşı, “iPod” pleyerlərinin satışında azalma qeydə alınıb. Belə ki, ötən rübdə 7,5 milyard “iPod” satılıb ki, bu, bir il qabaqkı göstəricidən 20 faiz azdır. Şirkət bunu “iPad” və “iPhone” kimi məhsulların populyarlığının artması ilə əlaqələndirir. “iPhone” smartfonlarına gəldikdə isə hesabat dövründə bu qurğuların satış həcmi 20,3 milyon ədəd olub.






Baxış sayı: 1219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024