12px13px15px17px
Tarix:15/01/13

Mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların həcmi artıb

2012-ci il ərzində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunub. Hüquqpozma predmeti kimi 13 min 322 ədəd mobil telefon götürülüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 ədəd odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 240 kq radioaktiv materiallar, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülüb:

“2012-ci ildə Azərbaycan Respublikası gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlib. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2012-ci il ərzində 14606 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 272-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 085 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfərin (237 Azərbaycan vətəndaşı, 75 xarici) barəsində müvafiq tədbirlər görülüb”.

HƏQİQƏT



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024