Tarix:15/01/13
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 25 oktyabr 2002-ci il və AMEA Rəyasət heyətinin 15 yanvar 2003-ci il tarixli qərarına əsasən respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir. Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil olunan kurslarda tədris və imtahanların qəbulu 4 elmi istiqamət üzrə aparılır.
Qeyd edək ki, namizədlik minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində təşkil olunan kurslarda informatikanın nəzəri əsasları, kompüter proqramları və İnternetdən istifadə vərdişlərinə dair praktik dərslər keçilir.
Eyni zamanda, müxtəlif elm sahələrində informasiya texnologiyalarının tətbiqi imkanları ilə bağlı mühazirələr oxunur.
Doktorant və dissertantların informatika fənni üzrə qış imtahan sessiyası keçirilir
AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantlar üçün informatika fənni üzrə qış imtahan sessiyası keçirilir. Yanvar ayının sonuna kimi davam edəcək sessiyada respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən 500-ə yaxın tədqiqatçının iştirak edəcəyi gözlənilir.Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 25 oktyabr 2002-ci il və AMEA Rəyasət heyətinin 15 yanvar 2003-ci il tarixli qərarına əsasən respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir. Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil olunan kurslarda tədris və imtahanların qəbulu 4 elmi istiqamət üzrə aparılır.
Qeyd edək ki, namizədlik minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində təşkil olunan kurslarda informatikanın nəzəri əsasları, kompüter proqramları və İnternetdən istifadə vərdişlərinə dair praktik dərslər keçilir.
Eyni zamanda, müxtəlif elm sahələrində informasiya texnologiyalarının tətbiqi imkanları ilə bağlı mühazirələr oxunur.
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır