12px13px15px17px
Tarix:15/01/13

Ötən il ərzində DSMF-nin internet saytına ünvanlanan bütün suallar cavablandırılıb

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi özünün internet saytı (www.sspf.gov.az, www.dsmf.gov.az) vasitəsilə əhalini maraqlandıran sualları cavablandırmaqda davam edib. "ICTnews" elektron xəbər xidmətinin DSMF-yə istinadən verdiyi məlumata görə, göndərilən hər bir sual fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın "Sual-cavab" altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib.

Ötən il ərzində DSMF-nin internet saytının "Sual-cavab" altqrupuna vətəndaşlar tərəfindən ünvanlanan sualların 33,9 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 25,8 faizi sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, "Sual-cavab" altqrupuna göndərilən sualların 14,7 faizi hərbi qulluqçulara dair pensiya və müavinətlərə, 9,9 faizi isə fərdi uçotla bağlı olub.

Sualların 14,8 faizi isə altqrupun "digər" bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın "qonaq" bölməsinə daxil olan elektron məktublar isə müraciətlərin 0, 9 faizini əhatə edib.

CAHANGİR



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024