Tarix:15/01/13
Mərkəzdən qeyd edilib ki, bu texnologiya üzərindən rabitənin təmin edilməsi şəbəkə platforması üzərində daha sürətli, daha müasir rabitə təmin olunmaqla eyni zamanda mərkəzlə rabitə əlaqəsinin alternativliyi təmin edilib. Səhiyyə Nazirliyi "Müasir texnologiyalı tibb" layihəsinə uyğun olaraq daha modern səhiyyə sisteminin qurulması istiqamətində tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb.
İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb. Kliniki Tibbi Mərkəzdə informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə hələ bir neçə il öncə başlanılıb. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter şəbəkə sistemi qurulub. Mərkəzin 9 korpusu fiber-optik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılıb. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.
Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə "Picture Archiving and Communications Sistem" (PACS) altsistemi qurulub. Bu sistemin fəaliyyəti üçün "PACS" server qurulub. Üç ədəd "PACS" serverlər əməliyyat sistemi "Linux Suse 9" üzərindədir. "PACS" server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir.
Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə "DİCOM 3.0" protokolu ilə işləyən xüsusi "DİCOM PRİNTER" quraşdırılıb.
Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi "PC"(monitor) quraşdırılıb.
Qeyd edək ki, MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemlərinin yaradılması sahəsində əməkdaşlıq barədə memorandum və bu sistemlərin yaradılması, sonrakı inkişafı və istifadəsi sahəsində əməkdaşlıq barədə razılaşma sənədlərinin hazırlanmasında Səhiyyə Nazirliyinin mütəxəssisləri 2008-ci ildən etibarən aktiv iştirak edir.
RƏVAN
Təcili tibbi yardım xidmətinin telefon şəbəkəsinin mərkəzi platforması NGN şəbəkəsinə qoşulub
Təcili tibbi yardım xidmətinin telefon şəbəkəsinin mərkəzi platforması NGN şəbəkəsinə qoşulub və internet xidmətləri ilə təmin edilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.Mərkəzdən qeyd edilib ki, bu texnologiya üzərindən rabitənin təmin edilməsi şəbəkə platforması üzərində daha sürətli, daha müasir rabitə təmin olunmaqla eyni zamanda mərkəzlə rabitə əlaqəsinin alternativliyi təmin edilib. Səhiyyə Nazirliyi "Müasir texnologiyalı tibb" layihəsinə uyğun olaraq daha modern səhiyyə sisteminin qurulması istiqamətində tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb.
İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb. Kliniki Tibbi Mərkəzdə informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə hələ bir neçə il öncə başlanılıb. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter şəbəkə sistemi qurulub. Mərkəzin 9 korpusu fiber-optik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılıb. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.
Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə "Picture Archiving and Communications Sistem" (PACS) altsistemi qurulub. Bu sistemin fəaliyyəti üçün "PACS" server qurulub. Üç ədəd "PACS" serverlər əməliyyat sistemi "Linux Suse 9" üzərindədir. "PACS" server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir.
Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə "DİCOM 3.0" protokolu ilə işləyən xüsusi "DİCOM PRİNTER" quraşdırılıb.
Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi "PC"(monitor) quraşdırılıb.
Qeyd edək ki, MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemlərinin yaradılması sahəsində əməkdaşlıq barədə memorandum və bu sistemlərin yaradılması, sonrakı inkişafı və istifadəsi sahəsində əməkdaşlıq barədə razılaşma sənədlərinin hazırlanmasında Səhiyyə Nazirliyinin mütəxəssisləri 2008-ci ildən etibarən aktiv iştirak edir.
RƏVAN
Baxış sayı: 966
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır