12px13px15px17px
Tarix:16/01/13

“Facebook” məzmun üzrə axtarış sistemini təqdim edib (VİDEO)

“Facebook” sosial şəbəkəsi istifadəçilərin dərc etdiyi məzmun üzrə axtarış apara bilən sistemini təqdim edib. Mark Zukerberq “Graph Search” (Sosial axtarış) adlı funksiyanı yanvarın 15-də şirkətin baş ofisində keçirilmiş konfransda təqdim edib. Zukerberq izah verərək bildirib ki, "Sosial axtarış" internet üzrə axtarış deyil.

Daxili axtarış sisteminin qarşısına istifadəçilərin sorğusuna cavaba istinad deyil, yalnız cavab vermək qoyulub. Buna görə də sorğu bu və ya digər seçim meyarlarından ibarət filterlər vasitəsilə ifadə ediləcək. Məsələn, istifadəçi 2009-cu ildə dərc edilmiş dostlarının fotosunu və ya onların dinlədiyi musiqini tapa bilər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, dostların fotoları üzrə axtarış verildikdə, o zaman nəticələr “layk”ların sayına görə çeşidlənəcək. “Facebook”un məzmunundan danışan Zukerberq qeyd edib ki, bu, milyard insan və onlar arasında mövcud trilyon əlaqə deməkdir. Bundan başqa, sosial şəbəkədə 240 milyard foto saxlanılır.

“Facebook”un direktoru, həmçinin qeyd edib ki, axtarış nəticələri istifadəçilərin məxfilik sazlamalarından asılı olacaq. “Facebook” yanvarın 15-də “Sosial axtarış”dan başqa şəbəkə üzrə axtarış sistemini də təqdim edib. Axtarış “Bing” texnologiyası vasitəsilə həyata keçiriləcək.

Emil Hüseynov



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024