Tarix:16/01/13
"ICTnews" elektron xəbər xidmətinə AMEA-dan bildirilib ki, xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir.
Bundan əlavə, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən "Oğuznamə", təbabətə dair XVI əsrə aid "Əlacnamə" əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur. Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarımızın XX əsrin əvvəllərində patefona yazılarının surətləri də var.
Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova "İrəvanda xanın səsi", "Qara gözüm", Muxtar Ter Akopov "Bəri bax", Şüştəri", "Qarabağ şikəstəsi" havalarını təmiz Azərbaycan dilində ifa ediblər.
HƏQİQƏT
Parisdən200-dən artıq materialın surəti, elektron variantları AMEA Əlyazmalar İnstitutuna gətirilib
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Bunların içərisində XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnıları, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var."ICTnews" elektron xəbər xidmətinə AMEA-dan bildirilib ki, xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir.
Bundan əlavə, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən "Oğuznamə", təbabətə dair XVI əsrə aid "Əlacnamə" əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur. Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarımızın XX əsrin əvvəllərində patefona yazılarının surətləri də var.
Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova "İrəvanda xanın səsi", "Qara gözüm", Muxtar Ter Akopov "Bəri bax", Şüştəri", "Qarabağ şikəstəsi" havalarını təmiz Azərbaycan dilində ifa ediblər.
HƏQİQƏT
Baxış sayı: 868
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır