Tarix:16/01/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, filmin rejissoru və ssenaristi qismində müvafiq olaraq Qlenn Fikarr və Con Rekua çıxış edəcək. Aparıcı rolları canlandıracaq aktyorların adları hələlik açıqlanmayıb. Con Makafi ticari antivirusu yaratmış birinci şəxsdir. O, 1989-cu ildə “McAfee Associated” şirkətinin əsasını qoyub. 1994-cü ildə isə şirkəti tərk edib.
2010-cu ilin avqustunda “İntel” korporasiyası 7,6 milyard dollara “McAfee”-ni satın alıb. Proqramçı 2008-ci ildən etibarən Belizdə yaşayır. 2012-ci ilin noyabrında yerli polis Makafini qonşusu Qreqori Follun qətlində şübhəli qismində axtarışa vermişdi.
Polisdən gizlənməyə çalışan proqramçı “Wired” nəşri ilə əlaqə saxlayaraq bildirmişdi ki, qonşusunun ölümündə onun əli yoxdur və ölkə hakimiyyəti törədilmiş qətli onun üzərinə atmaq istəyir. Makafi iddia edirdi ki, polis onu öldürmək istəyib, çünki viza üçün 2 milyon dollar həcmində rüşvət ödəməkdən imtina etmişdi. O, dekabrda Qvatemalada həbs edilmişdi, çünki proqramçı bu ölkədə qanunsuz yaşayırdı və hakimiyyət orqanları onu ABŞ-a deportasiya etmişdilər.
Emil Hüseynov
“McAfee” antivirusunun yaradıcısı haqqında film çəkiləcək
“Warner Bros.” “McAfee” antivirus şirkətinin yaradıcısı Con Makafinin həyatı haqqında film çəkmək qərarı verib. Kinofilm şirkəti Coşua Devisin “Wired” jurnalında dərc edilmiş "Con Makafinin son sərhədi" adlı məqaləsinin ekranlaşdırılmasına hüquq əldə edib.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, filmin rejissoru və ssenaristi qismində müvafiq olaraq Qlenn Fikarr və Con Rekua çıxış edəcək. Aparıcı rolları canlandıracaq aktyorların adları hələlik açıqlanmayıb. Con Makafi ticari antivirusu yaratmış birinci şəxsdir. O, 1989-cu ildə “McAfee Associated” şirkətinin əsasını qoyub. 1994-cü ildə isə şirkəti tərk edib.
2010-cu ilin avqustunda “İntel” korporasiyası 7,6 milyard dollara “McAfee”-ni satın alıb. Proqramçı 2008-ci ildən etibarən Belizdə yaşayır. 2012-ci ilin noyabrında yerli polis Makafini qonşusu Qreqori Follun qətlində şübhəli qismində axtarışa vermişdi.
Polisdən gizlənməyə çalışan proqramçı “Wired” nəşri ilə əlaqə saxlayaraq bildirmişdi ki, qonşusunun ölümündə onun əli yoxdur və ölkə hakimiyyəti törədilmiş qətli onun üzərinə atmaq istəyir. Makafi iddia edirdi ki, polis onu öldürmək istəyib, çünki viza üçün 2 milyon dollar həcmində rüşvət ödəməkdən imtina etmişdi. O, dekabrda Qvatemalada həbs edilmişdi, çünki proqramçı bu ölkədə qanunsuz yaşayırdı və hakimiyyət orqanları onu ABŞ-a deportasiya etmişdilər.
Emil Hüseynov
Baxış sayı: 990
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib