12px13px15px17px
Tarix:16/01/13

9 yaşlı Hindistan sakini “Microsoft”un ən gənc mütəxəssisi oldu

9 yaşlı Hindistan sakini Pranav Kalyan “Microsoft” (MCTS) texnologiyaları üzrə sertifikat almış ən gənc mütəxəssis olub. Əvvəlki rekord Dubayda yaşayan Babar İkbala məxsus idi. O, “MCTS” statusu almaq üçün imtahan verdikdə 12 yaşı var idi.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Pranav balaca olanda kompüterlə daha çox maraqlanırdı. O, birinci proqramını 6 yaşı olanda yazıb. Pranav, həmçinin diferensial və inteqral hesablama sahəsində dərin biliyə malikdir.

Bu, ona proqram yazmaqda kömək olur" – atası bildirib. Pranav, öz növbəsində, “Times of India” nəşrinin jurnalistləri ilə telefon söhbətində alim olmaq arzusunu ifadə edib. "İki yaşım olanda mən kompüter dünyasına daxil olmuşam" – o bildirib.

Emil Hüseynov



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024