Tarix:16/01/13
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Y.Alıyevin özü məlumat verib. O bildirib ki, seminarda müəllimlərə əsasən müasir informasiya-kommunikasiya texnologiyaları bacarıqlarından istifadə etməklə mövzuların tədris metodikası izah olunub. Kafedra müdirinin sözlərinə görə, gələcəkdə tam orta məktəblərdə bütün fənlər üzrə tətbiqi nəzərdə tutulan elektron dərsliklərin vacibliyi və üstünlükləri haqqında əyanı nümunələr göstərilib.
Y.Alıyev onu da əlavə etdi ki, gələcək mühazirə və seminarlarda bu istiqamətdə bir çox yeniliklərin də tətbiqi nəzərdə tutulur. "İnstitutumuzda quraşdırılan və müasir tələblərə cavab verən "Promethean" lövhələrdən istifadə imkanlarımızı genişləndirməklə bunları uğurla həyata keçirə biləcəyik".
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov tərəfindən institutun İxtisasartırma fakültəsində təşkil olunan kurslarda müdavimlərə İKT üzrə seminar və mühazirələrin təşkilinə xüsusi diqqət yetirildiyini önə çəkən Y.Alıyev bildirib ki, müəllimlərin İKT vasitələrindən istifadə vərdişlərinin formalaşması üçün 76 saatlıq ixtisas kurslarında tədrisin böyük hissəsi İKT vasitələrindən istifadə etməklə həyata keçirilir:
«4 saatlıq seminarda isə sırf "Elektron dərsliklərdən istifadə" haqqında nümunəvi dərs keçilir».
SEYMUR
Bakının fizika müəllimlərinə "Elektron dərsliklərdən istifadə" üzrə seminar keçirilib
Bu gün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda paytaxt üzrə tam orta məktəblərin bir qrup fizika müəllimlərinə "Elektron dərsliklərdən istifadə" haqqında seminar keçirilib. Seminarı adıçəkilən institutun Təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev oxuyub.Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Y.Alıyevin özü məlumat verib. O bildirib ki, seminarda müəllimlərə əsasən müasir informasiya-kommunikasiya texnologiyaları bacarıqlarından istifadə etməklə mövzuların tədris metodikası izah olunub. Kafedra müdirinin sözlərinə görə, gələcəkdə tam orta məktəblərdə bütün fənlər üzrə tətbiqi nəzərdə tutulan elektron dərsliklərin vacibliyi və üstünlükləri haqqında əyanı nümunələr göstərilib.
Y.Alıyev onu da əlavə etdi ki, gələcək mühazirə və seminarlarda bu istiqamətdə bir çox yeniliklərin də tətbiqi nəzərdə tutulur. "İnstitutumuzda quraşdırılan və müasir tələblərə cavab verən "Promethean" lövhələrdən istifadə imkanlarımızı genişləndirməklə bunları uğurla həyata keçirə biləcəyik".
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov tərəfindən institutun İxtisasartırma fakültəsində təşkil olunan kurslarda müdavimlərə İKT üzrə seminar və mühazirələrin təşkilinə xüsusi diqqət yetirildiyini önə çəkən Y.Alıyev bildirib ki, müəllimlərin İKT vasitələrindən istifadə vərdişlərinin formalaşması üçün 76 saatlıq ixtisas kurslarında tədrisin böyük hissəsi İKT vasitələrindən istifadə etməklə həyata keçirilir:
«4 saatlıq seminarda isə sırf "Elektron dərsliklərdən istifadə" haqqında nümunəvi dərs keçilir».
SEYMUR
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır