Tarix:17/01/13
Şirkətdən verilən məlumata əsasən, hazırda qeydə alınmış sabit göstəricilər 2008-ci ildə başlanmış yenidənqurma proqramının nəticəsidir. Hazırda qarşıya qoyulan əsas məqsəd mobil alıcılarla iş prosesindən daha böyük həcmdə gəlir əldə etməkdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son il ərzində mobil qurğu vasitəsilə onlayn bazarla işləyən aktiv alıcıların sayı 3 dəfə artdığına görə şirkət mobil satışlar “bum”una əvvəlcədən hazırlaşmalı idi.
Bundan başqa, “Ebay”da əsas ödəmə vasitəsi kimi istifadə edilən “PayPal” ödəmə sisteminin mobil versiyasını da mobil həllərə hazırlamaq lazım idi. 2012-ci ilin dördüncü rübündə “PayPal”ın satış həcminin göstəriciləri 24 faiz artaraq 1,54 milyard dollar təşkil etdiyi halda 1 il ərzində aktiv hesabların sayı 15 faiz artaraq 123 milyona bərabər olub.
Xalis mənfəət ümumilikdə 751 milyon dollar və ya 1 səhm üçün 57 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il müvafiq olaraq 1,98 milyard dollar və ya 1,51 dollar təşkil etmişdi. Xatırladaq ki, “Ebay” ötən il “Skype” internet-şirkətindəki payını “Microsoft”a satmışdı.
Şirkətin direktoru Donahyu nəticələri şərh edərək bildirib ki, şirkət mobil xidmətlərin tətbiqini sürətləndirəcək, həmçinin “ağıllı” telefon və planşetlərlə iş üçün yeni məhsul və platformalar işə salacaq. “Ebay”ın qiymətləndirməsinə əsasən, ötən il mobil ödənişlərdən əldə olunan gəlir təxminən 13 milyard dollar təşkil edib.
Emil Hüseynov
“eBay” sabit rüblük nəticə göstərib
Dünyanın ən böyük internet hərracı “Ebay” 2012-ci ilin dördüncü rübü üzrə hesabat dərc edib. Hesabata əsasən, nəticələr analitiklərin proqnozundan yuxarı olub. “Ebay”-ın satış həcmi hesabat dövründə 18 faiz artaraq 3,99 milyard dollar təşkil edib. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 70 sent təşkil edib.Şirkətdən verilən məlumata əsasən, hazırda qeydə alınmış sabit göstəricilər 2008-ci ildə başlanmış yenidənqurma proqramının nəticəsidir. Hazırda qarşıya qoyulan əsas məqsəd mobil alıcılarla iş prosesindən daha böyük həcmdə gəlir əldə etməkdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son il ərzində mobil qurğu vasitəsilə onlayn bazarla işləyən aktiv alıcıların sayı 3 dəfə artdığına görə şirkət mobil satışlar “bum”una əvvəlcədən hazırlaşmalı idi.
Bundan başqa, “Ebay”da əsas ödəmə vasitəsi kimi istifadə edilən “PayPal” ödəmə sisteminin mobil versiyasını da mobil həllərə hazırlamaq lazım idi. 2012-ci ilin dördüncü rübündə “PayPal”ın satış həcminin göstəriciləri 24 faiz artaraq 1,54 milyard dollar təşkil etdiyi halda 1 il ərzində aktiv hesabların sayı 15 faiz artaraq 123 milyona bərabər olub.
Xalis mənfəət ümumilikdə 751 milyon dollar və ya 1 səhm üçün 57 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il müvafiq olaraq 1,98 milyard dollar və ya 1,51 dollar təşkil etmişdi. Xatırladaq ki, “Ebay” ötən il “Skype” internet-şirkətindəki payını “Microsoft”a satmışdı.
Şirkətin direktoru Donahyu nəticələri şərh edərək bildirib ki, şirkət mobil xidmətlərin tətbiqini sürətləndirəcək, həmçinin “ağıllı” telefon və planşetlərlə iş üçün yeni məhsul və platformalar işə salacaq. “Ebay”ın qiymətləndirməsinə əsasən, ötən il mobil ödənişlərdən əldə olunan gəlir təxminən 13 milyard dollar təşkil edib.
Emil Hüseynov
Baxış sayı: 912
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib