12px13px15px17px
Tarix:18/01/13

“Instagram” ilk dəfə olaraq ziyarət sayını açıqlayıb

"Facebook"a məxsus "Instagram" fotoxidməti aktiv istifadəçilərinin aylıq auditoriyası haqqında məlumatı açıqlayıb. Şirkətin məlumatına əsasən, resursa hər ay 90 milyon insan daxil olur.

Onlar gün ərzində 40 milyondan çox foto yükləyir, "layk" düyməsinə saniyədə 8500 dəfə sıxır və 1000 şərh yazırlar. "Instagram"ın həmtəsisçisi Kevin Sistrom "AllThingsD" nəşrinə bildirib ki, xidmətin auditoriyası artır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin dekabrından 2013-cü ilin yanvarına qədər olan müddətdə auditoriyanın artımı 10 faiz təşkil edib.

Lakin şirkət bir gün ərzində "Instagram"a daxil olan istifadəçilərin sayını açıqlamayıb.

Emil Hüseynov



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024