Tarix:18/01/13
“ICTnews” elektron xəbər xidmətinin TQDK-ya istinadən verdiyi məlumata görə, bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur.
Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər. Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.
“Şagird-məzun elektron məlumat bazası”na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər. Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq, bütün məlumatlar daxil edildikdən sonra məlumatları təsdiq etməkdən ibarətdir.
Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar. Rayon (şəhər) təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar. TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “2012-2013-cü tədris ili üçün “Şagird-məzun bazası”na daxil edilməsi üçün dekabr ayında respublikanın şəhər və rayonlarında məsul şəxslərlə seminar-məşğələlər aparılıb.
Artıq respublika üzrə 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilib. Bu prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur.
CAHANGİR
“Şagird - məzun elektron məlumat bazası”na 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi planlaşdırılır
2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Şagird - məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilib.“ICTnews” elektron xəbər xidmətinin TQDK-ya istinadən verdiyi məlumata görə, bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur.
Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər. Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.
“Şagird-məzun elektron məlumat bazası”na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər. Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq, bütün məlumatlar daxil edildikdən sonra məlumatları təsdiq etməkdən ibarətdir.
Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar. Rayon (şəhər) təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar. TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “2012-2013-cü tədris ili üçün “Şagird-məzun bazası”na daxil edilməsi üçün dekabr ayında respublikanın şəhər və rayonlarında məsul şəxslərlə seminar-məşğələlər aparılıb.
Artıq respublika üzrə 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilib. Bu prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur.
CAHANGİR
Baxış sayı: 2459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib