Tarix:28/07/11
Bu işlər Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə əlaqədar həyata keçirilir. Hazırda elektron bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri paytaxtın Yasamal rayonu ərazisində davam etdirilir. Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.
Qeyd edək ki, bu elektron xəritə vasitəsi ilə ərazinin vəziyyəti və ərazidaxili planalma elementləri vektorizasiya edilir, ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri üzərində olan bütün avadanlıqlar, qurğular, tikililər və s. əks olunmaqla müasir elektron ölçmə cihazları ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə rayonlar üzrə mövcud qazpaylayıcı şəbəkənin fəaliyyəti təkmilləşir, həmçinin texnoloji sxemin coğrafi məkan məlumatları ilə əlaqəli analizləri aparılır.
Bakının hər bir rayonu üzrə elektron xəritə yaradılır
Bakı və Abşeron rayonu ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGİS” proqram təminatında elektron məlumat bazası yaradılır. Artıq bu sahədə Xətai, Suraxanı, Xəzər, Nizami, Nərimanov, Nəsimi rayonları üzrə işlər başa çatdırılıb.Bu işlər Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə əlaqədar həyata keçirilir. Hazırda elektron bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri paytaxtın Yasamal rayonu ərazisində davam etdirilir. Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.
Qeyd edək ki, bu elektron xəritə vasitəsi ilə ərazinin vəziyyəti və ərazidaxili planalma elementləri vektorizasiya edilir, ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri üzərində olan bütün avadanlıqlar, qurğular, tikililər və s. əks olunmaqla müasir elektron ölçmə cihazları ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə rayonlar üzrə mövcud qazpaylayıcı şəbəkənin fəaliyyəti təkmilləşir, həmçinin texnoloji sxemin coğrafi məkan məlumatları ilə əlaqəli analizləri aparılır.
Baxış sayı: 5329
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır