12px13px15px17px
Tarix:22/01/13

“Opera” yeni mobil brauzer istifadəyə verəcək

“Opera Software” şirkəti “Opera Ice” mobil brauzerini təqdim edib. Proqram 2013-cü il fevralın sonunda çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, brauzer “Android” və “iOS” əsasında işləyən “ağıllı” telefon və planşetlər üçün nəzərdə tutulub. “Opera Mini” və “Opera Mobile” brauzerindən fərqli olaraq, yeni brauzerdə vərəq və düymələr olmayacaq.

Brauzer jestlərlə idarəetməni dəstəkləyəcək. “Opera Ice” mobil brauzeri “WebKit” mühərriki əsasında işləyəcək. Qeyd edək ki, “Opera Mini” və “Opera Mobile” brauzerləri “Presto” mühərrrikindən istifadə edir. Şirkət yeni brauzer hazırlamasına baxmayaraq, köhnə layihələrindən imtina etməyə hazırlaşmır.

"Opera Mini” bizim üçün çox vacibdir – “Opera”-nın direktoru Lars Boylesen bildirib. “Opera Mini” və “Opera Mobile” mobil brauzerləri daha çox trafiki sıxmağa görə populyarlıq əldə ediblər.

Emil Hüseynov



Baxış sayı: 961

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024